Tarix unudulmur - hər kəs etdiyi əməllərin cəzasını çəkəcək…
Tarixi faktları saxtalaşdırmaq olmaz. Xalqımız 2003-cü ildən bu günə kimi “müxalifət” deyilən qurumun hansı məqsədlərə və kimlərə quluq etdiklərini, ən əsası isə satqınçılıqlarını bilirdi. Bu gün son 17 ildə Azərbaycan Prezidentinin öz xalqına göstərdiyi qayğı və bütün dünyanı ağuşuna alan koronavirusa qarşı mübarizədə ancaq vətəndaşların sağlamlığının prioritet olduğunu deyərək dövlət başçımız “Biz birlikdə güclüyük!” şüarı ilə bütün uğurlu addımları atdığını xalqımız görür və öz Liderinə inanır. Prezidentimizin istər siyasi, istər iqtisadi, istərsə də xarici siyasət sahəsindəki bu uğurları isə müxalifəti təşvişə salıb.
Radikal fikirli, “görkəmli hüquqşünas”, “millət fədaisi” satılıb-satan Əli Kərimli, öz savadsızlıqları və səviyyəsizlikləri ilə seçilən mətbuat orqanı ilə informasiya agentliklərini fərqləndirə bilməyən Qənimət Zahid və kökü, mənəviyyatı erməni xislətli, erməni təxribatına qahmar çıxan Sevinc Osmanqızı, satqınlığını hər cür formada nümayiş etdirən Arif Məmmədov, “Yurd” şefinin "traypka"sı olan Cəmil Həsənli, özünü “Milli Şura”nın “primadonnası” adlandıran Gültəkin Hacıbəyli, “hüquq müdafiəçisi” Vidadi İskəndərli və bu kimi xalqın düşmənləri usanmaq bilmədən təcavüzkar ölkənin özləri kimi başı boş, savadsız Ermənistanın baş naziri Nikol Paşinyanın müdafiə edən çıxışlar etməsinə nə ad vermək olar? Vicdansızlıq və nankorluq! Bir də, taylı-tayın tapar. Bu satqınların mənəvi deqrodasiyaya uğradıqlarıyla yanaşı, etnososioloji varlıq olaraq erməniləşdiklərini, tarixi düşmənlərimizlə eyni mental xüsusiyyətləri paylaşdıqlarını ortaya qoyurlar.
Hər kəs etdiyi əməllərin cəzasını çəkəcək…
Özü də xalqın qarşısında. 27 il "müxalifətdəyəm" deyənlərin əqidəsi, məsləki, satqınlığı, əxlaqsızlığını zaman, özü də dünyanı ağuşuna alan koronavirusun baş aldığı bir dövrdə elə üzə çıxarır ki, virus qalır bir yana, AXCP-nin Rəyasət Heyətinin “zoom iclasları” ilə Ə.Kərimli başda olmaqla nəinki müxalifəti, bütün insanları aşılamaqla bir daha əsl simalarını göstərirlər. Bu gün yenidən təcavüzkar Ermənistanın törətdiyi təxribatlarına həmişə dəstək verən radikal müxalifət, xüsusilə də AXCP sədri Ə. Kərimli, gültəkin Hacıbəyli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Arif Məmmədov …kimilər necə ki, iş çətinə düşən kimi, “dövlətin yanındayıq”, vəziyyət stabilləşən kimiolurlar iblis. Çünki istər dələduzlar yuvası olan “Milli Şura”, istər “beşinci kalon”un cinayətkar virusları anlamalıdırlar ki, indi ötən əsrin 90-cı illərin əvvəlləri deyil ki...Elə zənn etdiniz ki, 90-cı illərdir və Azərbaycan Ordusu ilə rəşadətli əsgərlərimiz işğalçı Ermənistanın iyulun 12-də etdiyi təxribata görə həmişə olduğu kimi, bu dəfə də əməli-başlı dərsini verdi və yerində otuzdurdu. Bu qələbəni qeyd edən xalqımızın sevincini alt-üst etmək istəyən Ə. Kərimli və onun kimi bütün mənliyini satan bir qrup Bakının küçələrində iğtişaş yaratmaları, Milli Məclisin binasına girərək vandallıq törətmələr, polislərə qarşı zor tətbiq etmələri təkcə qanunlarımıza zidd deyildi. Bu, ilk növbədə son döyüşlərdə şəhid olan hərbiçilərimizin ruhuna hörmətsizlik idi. Bu vicdansız və əxlaqsızlar bunu anlaya bilməzlər. Anladıqları o idi ki, ölkədə 90-cı illərin rüzgarlarını əsdirməyə cəhd etmək idi. Həmin dövrdə yaşanan gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos yaddaşlara əbədi həkk olunub.
Tarix unudlmayıb…
Arzuolunmaz ssenari düzənləmək istəyənlər isə unudublar ki, nə dövlət həmin dövlətdir, nə cəmiyyət! İndi dövlət cox güclüdür, cəmiyyət isə ağı-qaradan seçə bilir. Əldə olunan nailiyyətlər sırasında təhlükəsizlik, güclü ordu, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah öndə gəlir. Son illər cəbhədə düşmənə verilən cavab, bir qarış olsun belə torpaq verməmək, əksinə yeni mövqelər əldə etmək məhz bu gücün real göstəricisidir. Və bu satqın, erməniyə nökərçilik edənlər anlamalıdır ki, Azərbaycanın güclü ordusu var və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Heç kim şübhə etmir ki, əlverişli məqamda bu, mütləq baş verəcək...Bunu 2016-cı ilin aprel döyüşləri, hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr bir daha sübut edir.
Cinayətkarlar mütləq cavab verməli olacaqlar – Azərbaycan xalqı və qanunları qarşısında!
“Mənə verilən məlumata görə, dünən bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat. Bizim son günlərdə sərgilədiyimiz mövqe - beynəlxalq təşkilatlarda bizim əleyhimizə çirkin kampaniya aparanlara qarşı tutduğumuz mövqe artıq nəticə verir. Anti-Azərbaycan qüvvələri harada mümkünsə, onları bloklayacağıq. Onların namizədlərinin meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan verməyəcəyik. Heç kim bizə göstəriş verə bilməz». Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.
Dövlət başçısı bildirib ki, dünənki hadisə hamımız üçün bir siqnal olmalıdır: "Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir".
Sonda bir faktı bir daha vurğulamaq istərdim: “Azərbaycan saatı” kanalın Qənimət Zahid kimi əxlaqsızın hakimiyyəti şərləməyi “qəhrəmanlıq” sayırsa belələrini bu virusun qurbanına çevrilməsi labüddür. Bu gün Qənimət Zahidin “bizim işimiz hökuməti şərləməkdir” etirafını etməsi ilə bir daha reallıqda birbaşa düşmən qoltuğuna sığınmaqla xalqa, dövlətə əsl xain olduqlarına və nə zamansa, bütün bunlara görə mütləq, amma mütləq cavab verməli olacaqlar – Özü də Azərbaycan xalqı və qanunları qarşısında!