“Ölkəmizdə koronavirusla bağlı təhlükəli vəziyyət yarandığı ilk gündən cənab Prezidentin bu sahədə atdığı addımlar hər kəsə bəllidir. Ölkə başçısı ilk növbədə vətəndaşların sağlamlığını əsas məqsəd kimi qarşıya qoyub. Bütün bunlar hər birimiz tərəfindən yüksək qiymətləndirilir”. Bunu Diaspor info-ya millət vəkili Cavid Osmanov deyib.
Deputatın sözlərinə görə, Operativ Qərargah tərəfindən müvafiq qaydalar tətbiq edilib: “Təəssüf ki, ölkədə sayılıb-seçilən ictimai-siyasi xadimlər və məmurlarımız atdığı bütün addımlara fikir verməlidir. Həssas bir dövrdə qaydalara ciddi nəzarət etməliyik. Hər birimiz çalışmalıyıq ki, sadə vətəndaşlara nümunə olaq. Onlar da məhz ölkədəki məmurlara baxıb qaydaları pozmasınlar. Bir neçə gün öncə sabiq millət vəkili İlham Əliyevin övladının toy mərasiminin keçirilməsi və karantin qaydalarının pozulması hər birimizdə təəssüf hissi yaradır. Sosial durumundan və tutduğu vəzifədən asılı olmayaraq hər kəs qanunlarımıza əməl etməlidir. Azərbaycanda qanunlarımızın qarantı da, məhz cənab Prezident İlham Əliyevdir. Ona görə bu təəssüfləndirici hadisə hər kəs kimi məni də məyus edib. Ümid edirik ki, daha belə hallar yaşanmaz”.