“Konstitusiya və Kassasiya Məhkəmələrinin funksiyalarını həyata keçirmək üçün ali məhkəmə orqanının yaradılması təklifi, ayrı-ayrı vətəndaşların konstitusiya hüququndan "məhrum edilməsi" ilə eynidir və Ermənistan vətəndaşları hüquqlarından məhrum edilir.” Diaspor info Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri əsas qanuna dəyişikliklər hazırlayan hökumət kollegiyasının üzvü Artur Qambaryanın deyib.
Artur Qambaryan Facebook-dakı bir ictimai paylaşımda bu yaxınlarda təsdiqlənmiş islahatı tənqid edərək, bunu Ali Məhkəməyə fərdi müraciət hüququnu əngəlləmək cəhdi adlandırıb.
Qambaryan qeyd edib ki, 2009-cu ildən 2020-ci ilədək məhkəməyə doqquz müraciət daxil olub, onlardan yalnız biri məqbul sayılaraq icraata köçürülüb.