“Artıq mart ayından etibarən Azərbaycanda COVİD-19 pandemiyası ilə əlaqədar olaraq karantin qaydaları tətbiq olunur. Tətbiq olunan karantin qaydaları yoluxma dinamikasına uyğun olaraq sərtləşdirilimiş və ya yumuşaldılma tətbiq edilmişdir. Təcrübə göstərir ki, tətbiq edilən karantin qaydaları və virusun yaılmasının qarşısının alınması ilə bağlı hökumətin atdığı addımlar sayəsində yoluxma ölkəmizdə təhlükəli həddə çatmamışdır. Düzdür birinci yumuşaldılma dövründə bəzi vətəndaşların səhlənkarlığı və sosial şəbəkələrdə fəaliyyət göstərən təxribatçıların səyi ilə yoluxma halı yüksəlsə də yenidən sərt karantin qaydalarının tətbiqi və digər cəza tədbirləri nəticəsində virusun geniş yayılmasının qarşısı yenidən alındı. Artıq son bir aydı biz yenidən qaydalarda yumuşaldılma halını müşahidə edirik. Artıq tətbiq edilən bir çox qadağalar aradan qaldırılmışdır. Həyat yenidən tədricən öz axarına qayıdır. Bu əslində dövlətin virusa qarşı mübarizəsinin müsbət nəticəsidir.” Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.
İctimai Birliyin sədri vurğulayıb ki, indi əsas və vacib məsələ bu vəziyyəti qoruyub saxlamaqdır ki, yenidən sərt qadağalar dövrünə qayıtmayaq.
“Əslində, sərt qadağalar virusun yayılmasının qarşısının alınmasına xidmət etsə də, iqtisadiyyatdan tutmuş vətəndaşların sosial vəziyyətinə qədər bütün sahələrə mənfi təsir edir. Bu da təbii ki, tək Azərbaycanı deyil bütün pandemiyanın təsirini özündə hiss edən ölkələrdə də hiss olunur. Heç bir ölkə uzun müddətli karantinə hazır deyil və ya bunu davam etdirə bilməz. Lakin ortada insan taleyi faktoru var. Bu daha vacib olduğundan paralel şəkildə digər həyatı vacib sahələr də qorunmağa çalışılır. Ancaq təcrübə göstərir ki, yumuşaldılma olduqdan sonra virus yenidən aktiv olaraq daha geniş yayılır. Bütün ölkələr bu problemlə üz-üzə qalıblar. Belə vəziyyətdə isə əsas məsuliyyət dövlətlə yanaşl vətəndaşın da üzərinə düşür. Mən hətta deyərdim elə vətəndaşın davranışı əsas faktordur. Bu problem bu gün Azərbaycanda da çox aktualdır. Hazırda yoluxmanın aşağı tempdə olması ilə əlaqədar olaraq yumuşaldılma prosesi davam edir. Ancaq mən hesab edirəm ki, bu proses sürətli şəkildə olmamalıdır. Çünki əgər vaksin hələ hazır deyilsə, və ya virus əleyhinə effektiv müalicə dərmanı mövcud deyilsə biz ehtiyatlı olmalıyıq. İlk növbədə iqtisadi sahələrdə yumuşaldılma getməlidir ki, hazırda bu istiqamətdə biz bunu müşahidə edirik. Digər sahələrdə isə məncə bir qədər də gözləməliyik. Bu günə qədər Cənab Prezidentin səyi nəticəsində dövlətin atdığı addımlarla digər ölkələrlə müqayisəd əhali sayına nisbətdə biz az itki ilə üzləşmişik. Bunu qoruyub saxlamalıyıq. Artıq vaksinlər bir çox ölkələrdə sınaqdan keçirilir. Biz vaksinin ölkəmizə gətirilməsinə qədər həyatı vacib sahələr istisna olmaqla digər sahələrdə tam yumuşaldılmaya getməməliyik. Pis günün ömrü az olar deyib atalarımız. Məncə, bu misala uyğun olaraq bir az da səbrli olmalıyıq. Təhsil müəssisələrinin açılmasına gəldikdə isə, yoluxma az da olsa üç rəqəmli ilə ifadə olduğu zamanda mən bunun qəti əleyhinəyəm. Əsas kütləvi toplaşma elə təhsil müəssisələri ilə bağlıdır. Çünki məktəbə uşaq aparan valideynlər, müəllimələr, çagirdlərin özləri, bunun nəticəsində ictimai nəqliyyatdakı yaranacaq sıxlıq, məktəb yaxınlıqlarındakı marketlərdə yaranacaq növbələr və sair bu kimi hallar virusun yayılmasına münbit şəraitdir. Əgər düşünürüksə burada qaydalar tam olaraq gözləniləcək təmamilə yanılırıq. Hesab edirəm ki, karantin qaydalarının tam yumuşaldılmasına tələsmək olmaz. Başa düşürəm, şagirdlərimizin, Ali məktəb tələbələrimizin təhsil səviyyəsinə ciddi mənada mənfi təsir olur. Amna təhsildə geriləmənin yerini doldurmaq mümkündür, lakin virusdan ölən vətəndaşlarımızı geri qaytarmaq mümkün olmayacaqdır. Hər bir virus nıticəsində vəfat edən insan bizim vətəndaşımızdır, bizlərdən biridir, qohumdur, dostdur və ən nəhayət azərbaycanlıdır. Fərq etməz kimliyindən aslı olmayaraq bütün dünyada bu virusdan həyatını itirənlər insandır. Allah hər kəsi qorusun”, deyə Anar Xəlilov bildirib.