"1 senytabrdan etibarən repetitorlarn fəaliyyətinə icazə veriləcək. Bu dövlətin yükünü də azaldacaqdır. Həm iş yerlərini artmasına, insanların gəlirlərinin artmasına gətirib çıxaracaq". Bu sözləri Diaspor info-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Nazirlər Kabineti tərəfindən verilən qərara əsasən fərdi tədris və repetitor fəaliyyətinin bərpa edilməsi məsələsinə münasibət bildirərkən deyib.
"3 martdan pandemiya səbəbi ilə bütün tədris prosesi dayandı, bununla yanaşı repetitor fəaliyyəti və hazırlıq kurslarının da fəaliyyətinə məhdudiyyət tətbiq edildi. Əlbəttə ki, təhsil öz ətrafında 2 milyondan çox şəxsi birləşdirən ölkədə ən böyük sahədir. Ona görə də, yoluxma dairəsi onun sayəsində daha çox ola bilərdi. Amma ölkədə hətta keçirilən profilaktik tədbirlər nəticəsində koronovirus nəzarətə alına bildi və ardınca 27 apreldən başlayaraq bir sıra sahələrdə yumşaldıcı addımlar atılmağa başlandı. Lakin, bu yumşaldıcı addımlar təhsil sistemindən, xüsusilə də iqtisadiyyata, əməkhaqqısı, vergisi ilə dəstək verən hazırlıq kurslarına, tədris mərkəzlərinə yaxın gəlmədi" - deyə, Kamran Əsədov bildirib.
O bildirib ki, artıq ali məktəblərə qəbul üçün buraxılış imtahanları, bu həftədən etibarən qəbul imtahanları başlayır: "Amma şagirdlər 3 martdan etibarən tədris prosesdindən kənarda qaldıqları üçün bir sıra bilik və bacarıqları unudublar. May ayından etibarən ölkədə kafe, restoran və iri "mall"ların fəaliyyətlərinə qısa müddətdə icazə verilsə də, tədris müəssisələrinə bu imkanın verilməməsi anlaşılan deyildi".
Təhsil üzrə ekspert vurğulayıb ki, ölkədə ən problemsiz yerlər tədris mərkəzləridir ki, onlar uşaqlara bilik verirlər, onların inkişafına xidmət edirlər: "Bu gün çayxanalar, restoranlar daha çox virus yaya bilər, nəinki hazırlıq kursları. Hazırlıq kurslarının fəaliyyətinə icazə verilməməsi 10 minlərlə insanın işsiz qalması, şagirdlərin biliklərinin azalması deməkdir. Amma 1 senytabrdan etibarən repetitorlarn fəaliyyətinə icazə veriləcək. Bu dövlətin yükünü də azaldacaqdır. Həm iş yerlərini artmasına, insanların gəlirlərinin artmasına gətirib çıxaracaq. Eyni zamanda uşaqlar zəruri bilik və bacarıqlara yiyələnə biləcəklər".
K. Əsədov hesab edir ki, pandemiya dövrünün tələblərinə riayət etməklə repetitorların fəaliyyətinə icazənin verilməsi çox müsbət addımdır.