Diaspor info saytının Şimal-Qərb bürosu karantin dövründə universtitetdən kənar qalmış bir neçə tələbə ilə görüşmüşdür. İlk müsahibəmiz Zaqatalada baş tutdu.
- Zəhmət olmasa özünüzü təqdim edin
-Mən Sadiq Ələkbərli, Zaqatala şəhər sakini Naxçıvan Dövlət Universitetinin 2 ci kurs tələbəsiyəm.
- Naxçıvan Dövlət Universitetini niyə seçdin?
-Bir neçə il öncə Naxçıvana gəzmək üçün gəlmişdim. Naxçıvanda gördüyüm sakitçilik, təmizlik, qayda-qanunun yüksək səviyyədə olması və avropa sayağı şəhər olması Naxçıvan Dövlət Universitetini seçməmə səbəb oldu. Oxuduğum 1 il ərzində Naxçıvan təhsilinin necə yüksək səviyyədə olduğunu gördüm. Fakültə dekanımız Şəmil Mahmudovun və dekan muavini Hilal Qasımovun təhsilimlə daha yaxından maraqlanması,müəllimlərin öz işlərinə qarşı məsuliyyətliliyi, Universitet rektoru Elbrus İsayev tərəfindən tələbələrə göstərilən qayğı və dəstək bir daha seçimimdə yanılmadığımı göstərdi. Naxçıvanda təhsil üçün yaradılan bu gözəl şəraitə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Cənab Vasif Talıbova öz təşəkkürümü bildirirəm.
-Naxçıvana bu qədər vurulmusunuz, gələcəkdə Naxçıvanda yaşamağı və yaxud işləməyi düşünürsünüzmü?
-Bəli, az öncə dediyim kimi Naxçıvanın avropa şəhərlərindən fərqlənməməsi, təmizliyi, sakitçiliyi ilə bir çox avropa şəhərlərindən üstün olması, mənim bu şəhərə olan sevgimi daha da artırdı. Məhz bu səbəbdən də, gələcəkdə Universiteti bitirdikdən sonra, Naxçıvanda qalıb Cənab sədrin ətrafında dövlətimizə gənc və sədaqətli kadr kimi xidmət etməyi düşünürəm.
-Məlum karantinə görə yəqinki Naxçıvandan kənarda qalmısınız. Naxçıvan üçün Darıxırsınızmı?
-Bəli, dərslərin açılıb açılmamasından aslı olmayaraq, valideynlərimin icazəsi ilə sentyabrn əvvəlinə Naxçıvana getməyi düşünürəm. Mən hələ kiçik yaşlarımdan bir neçə MDB ölkələrində olmuşam. Əsasən avropanın ən böyük şəhərlərindən olan Ukraynanın paytaxtı kiyev şəhərində yaşamışam. Belarusiya istisna olmaqla heç bir ölkədə piyada keçidini tənzimləyən polisə rast gəlməmişdim. Naxçıvanda, Universitetdə oxuduğum zaman bunun şahidi oldum. Polis mədəniyyədi, nəzakəti, daşıdığı mundirə hörmətinin ən yaxşı nümunəsini mən Naxçıvanda gördüm. Hesab edirəm ki, bu idarəçiliyin ən ideal pilləsidir. Və bu ideallığı məhz Naxçıvan MR-sı Ali Məclisinin sədri Vasif Talıbov cənabları yaratmışdır. Naxçıvanda olduğum zaman bir çox tədbirlərdən, o cümlədən Naxçıvan televiziyasının efirindən cənab sədrin çıxışlarını çox diqqətlə izləmişəm. Bu gün ölkəmizdə gedən siyasi proseslərə bir gənc olaraq biganə qala bilmədiyim üçün, onu demək istəyirəmki Azərbaycan dövlətinə və prezident İlham Əliyevə sədaqət nümunəsi məhz Vasif Talıbovdur.
Bir gənc kimi, düşünürəm ki, Heydər Əliyev məktəbinin həqiqi və nümunəvi şagirdi olan Vasif Talıbov cənablarının idarəçilik metodu dərindən öyrənilməli və respublikanın hər yerində nümunə kimi təbliğ olunmalıdır. Yaşadığım Zaqatala rayonu Naxçıvandan uzaqda olmağına baxmayaraq Naxçıvanın bütün infrastrukturundan xəbərdaram.
Müasir Azərbaycan gənci kimi Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun gənclərə qayğısından, onlara etimad göstərməsindən, çox böyük və strateji əhəmiyyətli postları gənclərə həvalə etməsindən olduğum hər yerdə danışıram. Çalışıram ki, Azərbaycanın avropası olan Naxçıvanı düzgün təbliğ edim. Sonda onu demək istəyirəm ki, bir tələbə kimi mənim düşüncələrim belədir: "Gec və yaxud tez, bu gün və yaxud sabah vaxt gələcək Naxçıvanın idarəçilik metodu dərsliklərə salınacaq və gənc məmurların yetişdirilməsində istifadə ediləcək".
Diaspor info
Zaqatala