"Rusiyanın müdafiə naziri Sergey Şoyqu qeyd edir ki, Ermənistana daşınan yüklər tikinti materiallarıdır. Yaxşı, tikinti materiallarıdırsa, Şimali Qafqazdan qalxan həmin hərbi yük təyyarəsi qısa marşrutla-Gürcüstan üzərindən 500 km məsafəni qoyub, Qazaxıstan, Türkmənistan və İran üzərindən keçib 3 min km. məsafəni niyə qət edir?! Belə olan təqdirdə, Gürcüstan tikinti materillarının daşınmasına icazə niyə verməyib? Rusiyanın müdafiə naziri Bakıda belə bir yalan danışırsa, belə bir ölkə Qarabağ münaqişəsinin həllində necə ədalətli vasitəçi ola bilər?”. Bunu Diaspor info-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Rusiyanın müdafiə naziri Bakı danışıqlarından əlboş dönüb: “Çünki Azərbaycan Prezidenti İlham Əliyevin son vaxtlar apardığı siyasət Türkiyə istiqamətlidi. Fikir versək, Sergey Şoyqu Bakıya gəlməzdən əvvəl Ermənistanın müdafiə naziri D.Tonoyana zəng vurur, onunla zəngləşəndən sonra Bakıya gəlir. Ona görə də Azərbaycan belə bir ölkə ilə niyə də siyasətini uzlaşdırmalıdır.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşdükdən sonra, Sergey lavrov erməni nazir Z. Mnatsakanyana zəng vurur, görüş barədə məlumat verir. Göründüyü kimi, Rusiya rəsmiləri Azərbaycanla danışıqlarda mütləq erməni həmkarları ilə məsləhtələşir. Belə çıxır ki, Rusiya prezidenti V.Putin Prezident İlham Əliyevlə telefon danışıqlarından sonra, Ermənistan Baş naziri Nikol Paşinyana zəng edib məruzə edir, danışıqların detalları barədə məlumat verir. Rusiyanın güc rəhbərləri bunu etməklə, belə əsaslı ortam formalaşdırırlar.
Rusiya ilə Azərbaycan arasında son bir neçə gündə aparılan danışıqlar Moskvanın istədiyi kimi uğurlu olmayıb. Düşünürəm ki, Azərbaycan tərəfi öz mövqeyində qalıb. Bundan sonra, Türkiyə ilə birgə daha da irəliləmək lazımdır”.