Prezident İlham Əliyev: “Azərbaycanda vəziyyətə uyğun şəkildə atılan addımlar öz səmərəsini verir”
Son həftələr ölkədə karantin müddətinin uzadılmasına ehtiyacın olması da, məhz dövlətin öz vətəndaşının sağlamlığını hər şeydən üstün tutmasının reallığının təsdiq edən amildir. Pandemiya başlayandan indiyə qədər məhz düşünülmüş siyasət nəticəsində Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Elə karantin müddətinin uzadılması da dövlətin öz vətəndaşlarına daha diqqətli olmasının realllığıdır. Avqustun 31-də Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalın açılışında tibb müəssisəsinin kollektivi ilə videoformatda görüşü zamanı dövlət başçısı karantin pandemiyası dövründə vəziyyətə uyğun şəkildə həyata keçirilən işlərdən danışaraq bildirib ki, qısa müddət ərzində normal həyata qayıdılıb.
Dövlət başçısı çıxışı zamanıonu da vurğulayıb ki, Azərbaycanda vəziyyətə uyğun şəkildə atılan addımların nəticəsində öz səmərəsini verməsinə arxayınlaşmaq olmaz, vətəndaşlarımız məsuliyyətli olmağa unutmamalıdırlar: “Bəzi Avropa ölkələrində xəstələrin sayında kəskin artım bizi düşündürür və bizi addımların daha ehtiyatla atılmasına sövq edir. Çünki bir daha demək istəyirəm ki, birinci dərəcəli məsələ insanların sağlamlığıdır. Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, - mən qeyd etməliyəm ki, son müddət ərzində biz bu məsuliyyəti, doğrudan da görürük, hiss edirik və bu, real nəticələrdə öz əksini tapır, belə olan halda hesab edirəm ki, qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik. Amma buna nail olmaq üçün əlbəttə ki, vətəndaşların məsuliyyəti hazırda birinci dərəcəli məsələdir”.
“Azərbaycanda vəziyyətə uyğun şəkildə atılan addımlar öz səmərəsini verir”,-deyən ölkə Prezidenti, məhz bunun nəticəsidir ki, karantin rejimi öz səmərəsini verir və bunun nəticəsində artıq bir çox şəhərlərdə bütün karantin məhdudiyyəti aradan qaldırılıb: “Ancaq böyük şəhərlərdə bu, qalıb və hamımızdan asılıdır ki, biz daha inamla və daha qısa müddət ərzində əlavə yumşaldıcı addımlar ataq”.
“Biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq”
“Biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq. Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır. Çünki biz artıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal iş aparırıq”,-deyən dövlət başçısı burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir.
Prezident İlham Əliyev onu da bildirdi ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur: “Ona görə bütün mərhələlər, şirkətlərin apardığı araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri aparılandan, beynəlxalq sertifikatlaşdırma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik. Ondan sonra ümid edirəm demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qalıb”.
Dövlət başçısı əvvəlki aylara nisbətən son günlər hər gün 100-dən 200-ə qədər insan yoluxduğunu bildirib: “Əvvəlki aylarla müqayisədə bu, əlbəttə ki, daha yaxşı nəticədir. Ancaq vəziyyəti daim nəzarət altında saxlamaq üçün gündəlik monitorinq aparılır və aparılacaqdır. Eyni zamanda, yumşalma addımları elə atılmalıdır ki, xəstələrin sayı kəskin artmasın. Bu, əsas məsələdir və burada biz əlbəttə ki, öz addımlarımızı çox ehtiyatla atacağıq”.
“İnsanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir”
Pandemiyanın həm ölkə iqtisadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstərdiyini deyən ölkə Prezidenti bu təsirin fəsadlarını azaltmaq üçün praktiki addımlar atıldığını bildirdi: “Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Həm dövlət sektorunda, həm özəl sektorda işləyənlər, eyni zamanda, işsizlər, o cümlədən qeyri-formal formada işləyənlər, aztəminatlı təbəqəyə aid olan insanlar - bütün kateqoriyadan olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edilib. Bu, bir daha onu göstərir ki, insanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir”.
Prezident pandemiyanın ilk günlərindən insanların sağlamlığı prioritet məsələ olduğunu dediyini, bu gün də bütün səylərin bu məsələnin həllinə istiqamətləndirildiyini hamıdan da bu sahədə daha məsuliyyətli olmağı tələb etdi .
“Qanun hər kəs üçün qanundur, heç kim qanundan üstün ola bilməz”
Dövlət başçısı verilən tapşırıqlara məsuliyyətlə əməl etmədiyi halda cəza tədbirləri tətbiq olunduğunu bildirdi: “Əfsuslar olsun ki, bu gün hələ də vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların kobudcasına pozulması halları vardır. Belə hallar aşkarlananda, təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriya insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq, hamı qanun qarşısında bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar. Digər tərəfdən, qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.
Pandemiya ilə əlaqədar Azərbaycan həkimlərinə xüsusi diqqət göstərildiyini, ümumiyyətlə səhiyyə sistemində çalışan insanlar daim dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu deyən dövləğ başçısı bildirdi ki, tikilmiş yeni, müasirləşdirilmiş xəstəxanaların olması, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində olduğunu, pandemiya dövründə bu diqqət daha da genişmiqyaslı olduğunu bildirdi: “Görülən bütün işlər öz səmərəsini verir. Təsadüfi deyil ki, son həftələr ərzində COVID ilə mübarizədə vəziyyət daha müsbətdir. Biz müsbət dinamikanı görürük və ümid edirəm ki, bu dinamika bundan sonra da qorunub saxlanılacaq”.
“ÜST Azərbaycanı nümunəvi ölkə adlandırmışdır”
“Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə ilk günlərdən sıx təmasda idik. Bu gün də bu təmaslar davam edir. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işlərə çox yüksək qiymət vermişdir və Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Bu, həqiqətən də belədir”,- deyən Prezident görülmüş işlərin, bu sahəyə ayrılan dövlət vəsaitinin, səfərbərlik işlərinin, xəstəxanaların, laboratoriyaların inşası, sosial proqramların həyata keçirilməsinin nəticəsidir və əminəm ki, birgə səylərlə biz bu məsələni - COVID-in nəzarətdə saxlanmasını təmin edəcəyik. Prezident İlham Əliyev COVID ilə mübarizədə səhiyyə sisteminin addi-texniki bazasının xüsusi rol oynadığını da dedi: “Hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Bu xəstəxanaların 41-i son 17 il ərzində inşa edilmişdir. Məhz regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrimizdə, bütün şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb. Təsəvvür etmək çətin deyil ki, əgər biz bu addımı vaxtında atmasaydıq, bu gün hansı problemlərlə üz-üzə qala bilərdik. Tam məsuliyyətlə deyə bilərəm ki, əgər bu xəstəxanalar vaxtında tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik. Nəinki xəstəxanalar tikilib, ən müasir avadanlıqlarla təchiz edilib və bu gün də bu proses davam etdirilir. COVID ilə mübarizədə bizim səhiyyə sistemimizin maddi-texniki bazası xüsusi rol oynayır”.
Laboratoriyaların sayının da böyük dərəcədə, bir neçə dəfə artdığını deyən dövlət başçısı bildirdi ki, pandemiya başlayanda 6 laboratoriya olduğu halda, bu gün laboratoriyaların sayının 45-ə çatdırıldığını bildirdi: “Ölkəmizdə 900 mindən çox test keçirilib. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir”.
Prezident İlham Əliyev COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət apardığını cəmi altı ay ərzində ölkəmizin çarpayı fondunun böyük dərəcədə artırıldığını, əcər ehtiyac olarsa bundan sonra da yeddi modul tipli xəstəxananın tikintisinin nəzərdə tutulduğunu dedi: “Amma hazırda buna ehtiyac yoxdur. Çünki ölkəmizdə xəstələrin sayı azalır və əgər ehtiyac yaranarsa qısa müddət ərzində əlavə 1400 çarpayılıq xəstəxanalar qısa müddət ərzində inşa oluna bilər”.
“Qaydalarla nümayişkaranə hesablaşmayanlar öz cəzasını alacaq”
Bütün bu uğurlu addımlardan və əldə olunan nailiyyətlərdən sonra hələ də məsuliyyətini itirmiş insanların qaydaları pozması hallarının aşkarlandığını və belələrinə qarşı heç bir güzəşt edilməyəcəyini v əvə hamını qanuna tabe olmağı tələb etdi: “Əfsuslar olsun ki, bu gün hələ də vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların kobudcasına pozulması halları vardır. Belə hallar aşkarlananda təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriya insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq, hamı qanun qarşısında bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar. Digər tərəfdən, qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.
Sonda ölkə Prezidenti, bir daha bildirdi və tələb etdi ki, görülmüş bütün işlər bir məqsədi güdür ki, bu vəziyyətdən az itkilərlə çıxaq və hesab edirəm ki, biz buna nail oluruq: “Əminəm, birgə səylər nəticəsində bundan sonra da dövlətin qətiyyətli və düşünülmüş, ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez zamanda normal, adi həyata qayıdaq”.