"Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Qarabağla bağlı verdiyi açıqlamada danışıqların hazırkı formatda davam etdirilməsinin vacibliyini qeyd edib və həll variantında Azərbaycan və Ermənistan üçün ədalətli bir sistemin olduğunu, amma bunun məxfi olduğunu vurğuladı. Rusiya Xarici İşlər naziri hər vəhchlə çalışır ki, danışıqlar prosesi davam etsin və Azərbaycan Qarabağın "müstəqilliyini" tanımaqla, digər ərazilərin qaytarılmasına gedilsin. Sergey Lavrovun məxfi saxladığı və ədalətli dediyi həll varinatı bundan ibarətdir. Azərbaycanın bu həll varinatına getməsi intihar olar". Bunu Diaspor info-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan, müdafiə naziri David Tonyan və parlamentin sədri Ararat Mirozyan Qarabağa səfər edib, burada hərbi infrasturukturun və bölmələrin qurulması istiqamətində vəziyyətlə tanış olublar: "Ermənistan rəhbərliyinin işğal olunmuş ərazilərə səfərləri danışıqlar prosesini başlamadan heçə endirir. Hazırda işğalçı ölkə hərbi doktirinada əlavə dəyişiklər edərək, könüllü bataliyonların təşkili istiqmaətində işlər aparır. Könüllü bataliyonların təlimi və həyəcan anında silahlandırılması Rusiya tərəfindən təşkil ediləcək. Məhz Rusiyadan daşınan silahlar əsasən, atıcı silahlar bu məqsəd üçün nəzərdə tutulub. Ermənistanın hazırkı hakimiyyəti qəbul etdiyi təhlükəsizlik strategiyasında və hərbi doktrinada dəyişiklərdə birbaşa Azərbayacana qarşı düşmənçilik dayanıb və Qarabağın güzəştə gedilməməsi əks dilib. Bununla paralel rəsmi Yerevan Azərbaycanın mümkün hərbi eskalasiyaya adekvat olaraq müdafiəni işğal olunmuş ərazilərdə gücləndirir.
Hazırkı mərhələdə situasiya gərgin olaraq və Ermənistanın cəbhə xəttində təxribatları mümkündür. Çünki Türkiyə-Azərbaycan tandeminə qarşı işğalçı ölkə tədbirlər görür. Çünki Yerevanda anlayırlar ki, onların güzəştsiz mövqeyi Azərbaycanın hərbi hərəkətliliyinə gətirib çıxaracaq. Yeni müharibə başalayarasa, bu Araz boyu istiqamətində olacaq və Ermənistana ordusuna güclü zərbələrlə müşayiət olunacaq. Türkiyə faktoruna görə, Rusiya bu məsələdə neytral qala bilər.
Moskva ilə Bakı arasında Qarabağla bağlı ciddi fikir ayrılıqları var. Rəsmi Bakının bu qətiyyətli və prinsipli mövqeyində Türkiyə amili, türk ordunun ölkəmizdə olması xüsusi rol oyanayır. Burada Prezident İlham Əliyev çox bacarıqla diplomatik prosesləri ölkəmizin leyhinə dəyişə bilib".