"Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın etimadnaməsini qəbul edib. Cənab Prezident İlham Əliyev görüşdəki çıxışında qeyd edib ki, Yaponiya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Əməkdaşlığımızın çox geniş gündəliyi var". Bunu Diaspor info-ya millət vəkili Ceyhun Məmmədov deyib.
Deputatın sözlərinə görə, Azərbaycanla Yaponiya arasında uzun illərdir sıx iqtisadi və sosial əlaqələr mövcuddur: "Sovet dövründə də sosial-iqtisadi əməkdaşlıq istiqamətində də müəyyən addımlar atılırdı. 1967-ci ildə Bakıda Yaponiya ilə əməkdaşlıq nəticəsində "AZON" zavodunun tikilməsi buna sübutdur. 1973-1975-ci illərdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində Bakıda Yaponiya mütəxəssislərinin iştirakı ilə o məişət kondisionerləri zavodu – "Bakkondiosener" tikilərək istifadəyə verilmişdi. Bütün bunlar Azərbaycan-Yaponiya münasibətlərinin möhkəm təməli, uğurları hesab edilə bilər.
Bu münasibətlər müstəqillik illərində də davam etdi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Onun bu ölkə ilə əlaqələrə önəm verməsi münasibətlərin daha da möhkəmlənməsinə gətirib çıxardı. Ulu Öndər 1998-ci il fevralın 24-dən 28-nə qədər Yaponiyaya ilk rəsmi səfərini etdi. Bu səfər isə 2 ölkə arasında qarşılıqlı münasibətlərdə yeni bir səhifə açmışdır.
Son dövrlərdə də ölkələrimiz arasındakı münasibətlər ən səmərəli və çoxşaxəli istiqamət üzrə davam etməkdədir. Yaponiya mütəxəssisləri ölkəmizdəki səhiyyə, təhsil infrastrukturunun təkmilləşdirilməsinə də öz töhfələrini verməkdədir. İstər sosial, istər iqtisadi, istərsə də humanitar sahədə davam edən əməkdaşlıqlar hər 2 ölkə arasında turizm əlaqələrinin güclənməsinə də xidmət edir. Bütün bu nailiyyətlərə dayanaraq, Azərbaycanı Yaponiyanın Cənubi Qafqazdakı strateji tərəfdaşı hesab edə bilərik".