• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

“Vətəni, xalqı qorumaq hər kəsin vəzifə borcudur” ÖZƏL-MÜNASİBƏT

3-09-2020, 17:00 | Baxılıb: 393
““Vətəni, xalqı qorumaq hər kəsin vəzifə borcudur” ÖZƏL-MÜNASİBƏT

“Pandemiyanın ilk günündən Cənab Prezidentin göstərişi ilə respublikada pandemiyaya görə bir sıra tədbirlər planı həyata keçirildi. Yeni klinika açılması, modul tipli xəstəxananın istifadəyə verilməsi və sair buna misaldır. Yeni klinikanın sentyabrda açılmalı nəzərdə tutulmuşdu, amma qısa müddət ərzində onun istifadəyə veriməsi, qısa müddətdə modul tipli xəstəxananın istifadəyə verilməsi, regionlarda koronavirusla mübarizə mərkəzlərinin yaradılması, tibbi maska istehsalına başlanması, əhali arasında, xüsusilə də əhaliyə dəstək üçün koronavirusla mübarizədə az təminatlı insanlara müəyyən büdcənin ayrılması bəli, Cənab Prezidentimizin xalqa olan diqqəti və qayğısıdır. Hər bir vətəndaş da mandatından, vəzifəsindən asılı olamayaraq bilməlidir ki, Vətəni, xalqı qorumaq hər kəsin vəzifə borcudur”. Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında "Sağlamlığın Qorunması" İctimai Birliyinin sədri Yazgül Abdıyeva deyib.

İctimai Birliyinin sədri qeyd edib ki, Cənab Prezidentimizin gördüyü işlər alqışa layiqdir və biz vətəndaş olaraq onun yanında olmalıyıq: “Əgər bir vətəndaş özünü və ətrafını qoruyarsa, qısa müddətdə bu xəstəliyin qarşısını almaq olar. Çox təəssüflər olsun ki, insanların çoxu başa düşmür, gizli olaraq toy mərasimləri, yas mərasimləri, ad günləri keçirir və bu xəstəliyin ağırlığını hələ də başa düşməyən insanlar var. Amma başa düşən insanlar da var və insanlar tibbi maskadan düzgün istifadə edib, gigiyena qaydalarından istifadə etsə, sosial məsafəni düzgün gözləsə, onlarda heç bir xəstəliyə rast gəlmək olmaz. Amma təəssüflər olsun ki, insanların çoxu buna əməl etmirlər. Xüsusilə də avqustda çimərliyin açılması məsələsinə diqqət yetirərkən baxaq görək, insanlar bu çimərlikdən düzgün istifadə etdimi? Nə qədər çirkləndirdilər. Yəni, bizim vətəndaşlarımız Cənab prezidentin yanında olmalıdır".

Y.Abdıyeva bildirib ki, pulsuz müalicə zamanı fərq qoyulmadı: "Hamıya eyni dərəcədə yanaşılması və dərmanların pulsuz olaraq verilməsi, həkimlərin bir qrupunun xüsusi otellərdə yerləşdirilməsi üçün dövlət hər gün büdcədən pul xərclədi. Bu, xalq üçün, əhali üçün xərcləndi. Xalq da bunu bilməli və sağlamlığını özü qorumalıdırlar. İndi artıq məktəblər də açılır və məktəblərdə də yenə maska, məsafə, gigiyena qaydalarına xüsusilə əməl olunmalıdır. Restoranlar da açılıbsa, bu o demək deyil ki, insanlar qaydalara əməl etməsinlər. Yenə də orada müəyyən məsafə gözlənilməlidir.

Hər bir vətəndaş qaydalara əməl etməlidir. Diqqət etsək görərik ki, ən çox yoluxma halları marketlərdə, apteklərdə olur. Avtobuslarda da hal-hazırda sıxlıq var. Yəqin ki, avtobusların sayını artırmaq lazımdır. Qaydalara baxmaq, ictimai nəzarəti gücləndirmək lazımdır. Cəmi 10 milyon əhalimiz var. Xalq olaraq, vətəndaş olaraq həm bir-birimizə dəstək olmalıyıq, həm də Cənab Prezidentin ətrafında sıx birləşərək dövlətimizə dəstək olmalıyıq”.
скачать dle 10.6фильмы бесплатно


393

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Зеленский призвал украинцев отдыхать в Турции на фоне ограничений со стороны РФ
Ermənistan XİN "qara siyahı" tərtib edir - Metyü Brayza birincidir
Матвиенко: Мы горячо приветствуем инициативу президента Азербайджана
Tezliklə Suqovuşan elektrik enerjisi ilə təchiz ediləcək
Годовая инфляция в Азербайджане достигла 4%
Armen Sarkisyanın Gürcüstana səfərində QALMAQAL

Зеленский призвал украинцев отдыхать в Турции на фоне ограничений со стороны РФ

Ermənistan XİN "qara siyahı" tərtib edir - Metyü Brayza birincidir

Матвиенко: Мы горячо приветствуем инициативу президента Азербайджана

Tezliklə Suqovuşan elektrik enerjisi ilə təchiz ediləcək

Годовая инфляция в Азербайджане достигла 4%

Armen Sarkisyanın Gürcüstana səfərində QALMAQAL

"ADA Universitetində keçirilən beynəlxalq konfrans böyük əhəmiyyət daşıyır" MƏQALƏ

Hərbi Qənimətlər Parkı Azərbaycanın qalib Ölkə olduğunun əyani sübutudur - ŞƏRH ÖZƏL

"Ərdoğan Qarabağda bizə mane olur" - Jirinovski

"Fransanın separatçıların tərəfində olduğu heç kimə sirr deyil" ÖZƏL-MÜNASİBƏT

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.