Hakimiyyət dəyişildikdən sonra yeni hakimiyyətin hüquq-mühafizə orqanları fəal şəkildə öncəki hakimiyyətə məxsus şəxsi evlərdə yoxlamalara başladılar. Mətbuatda belə bir fikirlər yer almağa başladı ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) həmin evlərdən külli miqdarda qızıl aşkarlayaraq müsadirə ediblər. Diaspor info xəbər verir ki, bu barədə ermənilərin politik saytı yazır və qeyd edir ki, həmin vaxtlar "Jamanak" qəzeti də bu barədə qeydlərini aparmışdı. SİTAT: "Qəzet o zamanlarda yazdırdı ki, MTX-nin xüsusi fəaliyyəti nəticəsində mənzillərdə, eləcə də vəzifəli şəxslərin yaşadıqları ərazilərdə qızıl külçələri aşkar olunub. Söhbət 200 kiloqrama yaxın qızıldan gedir və onlardan 50 kq Manvel Qriqoryana aid olub".
Sayt bu xatırlatmanı etdikdən sonra yazır: "Maraqlıdır ki, MTX heç bir halda mətbuatda gedən informasiyanı təkzib etməyib. Bu, gözlənilməz susqunluq idi. Və budur, bir neçə aydan sonra sual yaranır, bəs 200 kq qızıl hara getdi? Əlbəttə, hakimiyyət bəyan edə bilər ki, onlar heç bir qızılı müsadirə etməyiblər. Bu zaman daha bir sual yaranır ki, əgər müsadirə etməyiblərsə, onda nəyə görə susurdular? Burada onlarla milyon dollardan söhbət gedir və hüquq-mühafizə orqanlarının susmağa haqları yoxdur".