2020-ci ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11,83 faiz azalaraq 22,367 milyon dollar təşkil edib. Diaspor info xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Avqust ayında Türkiyə Azərbaycana 2,969 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 28,74 faiz azdır.
2020-ci ilin yanvar-avqust aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq 2,388 milyard dollara bərabər olub.
243