Son bir neçə gündə Nikol Paşinyan yenidən Facebook səhifəsində müxtəlif statistik məlumatlar yaymağa başlayıb və onları böyük bir uğur adlandırıb. Diaspor info Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə “Past” qəzet yazır.
Nəşr yazır ki, son paylaşımında Paşinyan keçi və qoyun ixracatında 256 % artım olduğunu qeyd edib. Dünən bəzi mütəxəssislər bu rəqəmlərin daha çox manipulyasiya olduğunu söyləyiblər.
Qeyd olunur ki, xüsusilə, bəzi iqtisadçılar yalnız 2019-cu ilin sonunda qəbul edilmiş müvafiq proqramın qısa bir müddətdə belə bir nəticə verə bilməyəcəyini qeyd edirlər. Digər tərəfdən, sferanın inkişafı ilə deyil, müəyyən mənada "tranzit" ilə məşğul olduğumuz barədə fikirlər var. İqtisadçılardan biri nəşrə verdiyi müsahibədə bu cür rəqəmləri dərc etməzdən əvvəl daxili tələbatı necə ödəməyin mümkün olduğunu, ətin qiymətinin necə olduğunu və s. araşdırmaq lazım olduğunu qeyd edib.
Başqa bir iqtisadçı, qəzetin müxbirinə verdiyi müsahibədə, Paşinyanın, əsasən Statistika Komitəsinin məlumatlarının növbəti ümumiləşdirilməsindən və dərc edilməsindən əvvəl fəal şəkildə rəqəmlər yayımladığına diqqət çəkib. "Bəzən elə bir təəssürat yaranır ki, elə bil Statistika Komitəsinin məlumatlarını Paşinyan istifadə etmir, əksinə, Paşinyanın məlumatlarını Statistika Komitəsi yayımlayır", deyə iqtisadçı bildirib.