Ukraynanın Nikalayev Şəhərindən Azərbaycana dəstək gəldi.
İlk dəstəyi Diaspor.infoya Birləşmiş Ukrayna Azərbaycanlıları konqresinin Nikalayev vilayətinin sədri Yunus Alıyev etdi.
Redaksiyamıza zəng edən Yunus müəllim Ukraynanın bütün regionlarında yaşayan soydaşlarımızın Prezident İlham Əliyevə dəstək olduqlarını müharibəyə getmək istədiklərini bildirdi: mən özüm də baxmayaraq ki, 70 dən çox yaşım var, döyüşə getməyə hazıram. Mən sovet ordusunda xüsusi təyinatlı olmuşam.
Çox təəssüf edirəm ki, yolları bağlayıblar.
Buradakı soydaşlarımızın hər biri Qarabağ savaşında iştirak etmək istəyirlər.
Bu gün biz Birləşmiş Ukrayna Azərbaycanlıları konqresinin Nikalayev vilayətinin üzvləri yığışmışdıq. Və Prezident İlham Əliyevi dəstəklədiyimizi bildirmək , vətənin müdafiəsi üçün Azərbaycana gəlməyi çox istəyirik.
Inşaallah Ali baş komandanımız İLHAM ƏLİYEV başda olmaqla Qarabağda üç rəngli BAYRAĞIMIZI asacağıq.
Daha sonra Yunus müəllim bildirdi ki Ukraynanın bütün bölgələrində yaşayan soydaşlarımız xüsusi ilə gənclik Azərbaycana gəlmək və döyüşmək istəyir.
Diaspor.info.
Bakı.