Bu, ermənilərin antisemitizm, şovinist və aşırı millətçilik siyasətlərinin sübutudur
Ermənistanın monoetnik ölkə olması kimsəyə sirr deyil. Belə ki, bu ölkədə demək olar ki, azsaylı xalqlar mövcud deyil. Olsa belə, onların hansı təhdidlər altında yaşamaları da kifayət qədər bəllidir. Onu da qeyd edək ki, ermənilərin şovinizm, aşırı millətçilik və s. bu kimi hallar üzərindən siyasət aparmaları özünü Qarabağda gedən və düşmənin məğlubiyyəti ilə nəticələnən döyüşlərdə də göstərməkdədir. Misal üçün, bu gün işğalçı ölkədə yaşayan və demək olar ki, barmaqla sayılacaq yezidi kürdləri zorla cəbhəyə göndərilirlər. Əgər bu gün Ermənistanda yezidilərin "öz xoşları ilə cəbhə xəttinə can atmaları" barədə ucuz, yöndəmsiz təbliğat xarakterli fikirləri səsləndirilirsə, elə bu amilin özü də birbaşa yalan üzərində qurulmuş uğursuz fikirlərdir. Artıq sadə erməni xalqının əksər çoxluğu Nikol Paşinyan hakimiyyətini lənətləyir, övladlarının başqasının torpağında öldürülməməsini tələb edirlər. Hətta belə qənaətə gəlmək olar ki, qısa zamanda işğalçı ölkədə xalq üsyanı baş qaldıra, çaxnaşmalar Ermənistanı tamamilə çalxalaya bilər. Paşinyan isə öz siyasi hakimiyyətini qorumaq üçün son nəfəsini verir və buna görə də müxtəlif bəhanələr axtarışına çıxıb. Həmin bəhanələrdən biri də İsraili ittiham etməyə söykənib.
Ermənistanın öz səfirini İsraildən geri çağırması və bunu guya bu ölkə tərəfindən Azərbaycana silah satışı ilə əlaqələndirməsi antisemitizm siyasətini pərdələmək cəhdi kimi qiymətləndirmək olar
Yəni məsələnin daha bir tərəfi budur ki, ardıcıl və sarsıdıcı məğlubiyyətlər altında geri çəkilən düşmən ordusu aldığı zərbələrindən daha da aqressivləşərək beynəlxalq diplomatiyada da uduzurlar. Bunu Ermənistanın İsraildəki səfirini geri çağırması ilə də əlaqələndirmək olar. Daha dəqiq desək, Ermənistanın öz səfirini İsraildən geri çağırması və bunu guya bu ölkə tərəfindən Azərbaycana silah satışı ilə əlaqələndirməsi antisemitizm siyasətini pərdələmək cəhdi kimi qiymətləndirmək olar.
Ancaq daha bir fakt budur ki, ermənilərin yəhudi xalqına qarşı antisemitizm üzərindəki nifrəti uzun illərə bağlıdır. Hələ birinci dünya müharibəsində "soyqırımına" məruz qaldıqlarını iddia edən saxtakar ermənilər bu məsələdə qarşılarının yəhudilər tərəfindən alındığını iddia edirlər. Yəni ikinci dünya müharibəsində alman faşizminin yəhudi xalqına qarşı törətdiyi amansız qətliamalar ermənilərin saxta iddialarının həyata keçməsinə imkan vermir və s. Beləliklə, fakt budur ki, hazırda Ermənistanda antisemitizmdən siyasi rəqibləri ləkələmək və onları nüfuzdan salmaq üçün istifadə olunur.
Yeri gəlmişkən, xatırlada bilərik ki, "WikiLeaks" ABŞ-ın Dövlət Departamentinin 2008-ci ilə aid "Ermənistan mətbuatı müxalifəti pisləmək üçün antisemitizmdən istifadə etməyə davam edir" başlığı altında bir məlumat ifşa etmişdi. Hətta həyat yoldaşının yəhudi olduğu iddia edilən Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da antisemit tənqidlərdən qaça bilməmişdi. Üstəlik, 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra Ermənistana xoşməramlı səfərlər edən Amerika-Yəhudi təşkilatları da Ermənistan mediasında antisemit tənqidlərə məruz qalmışdılar.
Onlarla İsrail idmançısı erməni terrorunun qurbanı olmuşdu
Daha bir məsələ ermənilərin yəhudilərə qarşı amansız, düşmən mövqeyindən yanaşmalarının elə ermənilərin özləri tərəfindən etiraf etmələri ilə əlaqələndirilə bilər. Misal üçün, "Qolos Armenii" nəşrində İqor Muradyan yazıb ki, erməni-yəhudi qarşıdurmasının tarixi kökləri var və bu da semitlərlə arilərin qarşıdurması kimi qələmə verilir. Biz bunu əsrin əvvəllərində erməni qaniçənlərinin, quldur dəstələrinin azərbaycanlılarla yanaşı, yəhudiləri də hədəfə almaları ilə sübut edə bilərik. Belə ki, Azərbaycan Respublikasının Fövqəladə İstintaq Komissiyasının protokollarında yəhudilərin ermənilər tərəfindən kütləvi qətlə yetirilməsinə dair faktlar əksini tapmışdır.
Daha bir faktı da qeyd edə bilərik ki, ASALA kimi terror təşkilatlarının hədəfi türklərlə yanaşı, həm də yəhudilər olub. 1980-ci ildə ASALA-nın başçısı olan Livan əsilli Akop Akopyan 1972-ci ildə Münxendə Olimpiya oyunlarında iştirak edən İsrail milli komandası üzvlərinin qətlə yetirilməsində fəal iştirak etməsi bu reallığı bütün tərəfləri ilə təsdiq etməkdədir. Həmin vaxt onlarla İsrail idmançısı erməni terrorunun qurbanı olmuşdu.
Məhz indi, işğalçı Ermənistanın Azərbaycan ordusu qarşısında aldığı sarsıdıcı məğlubiyyətləri fonunda rəsmi İrəvanın İsraildəki səfirini geri çağırması faktının təməl nöqtələrindən birinin ermənilərin yəhudilərə qarşı azərbaycanlılar qədər düşmən kəsilməsi reallığı açıq-aydın görünməkdədir. Daha dəqiq desək, Nikol Paşinyan hakimiyyətinin İsrailə qarşı atdığı addımların kökündə hazırkı dövrdə siyasi motivlərin deyil, tarixi gerçəklik amilinin dayanması, ermənilərin yəhidilərə qarşı düşmənçilik mövqeyi sərgiləmələri artıq sirr deyil.