Ekspertlər Nikolun Qərblə Kreml arasında qaldığını deyib
Bu gün Ermənistan baş naziri Nikol Paşinyanın vədləri, çıxışındakı işğalçı fikirlər bir daha küçə “demokratı”nın hələ də eyforik küçə yürüşçüsü emosiyasından ayıla bilmədiyini təsdiqləyir. Nəticə nə oldu… Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar barədə danışarkən bildirib: “Halbuki mən iyul təxribatından sonra demişdim ki, Ermənistanın acı məğlubiyyəti onlar üçün dərs olmalıdır. Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azərbaycana diversiya qrupu göndərilmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışdır və hazırda ifadələr verir. Bu ifadələrdə açıq-aydın göstərilir ki, bu planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlmişdir. Bu gün Ermənistan tərəfindən mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribat törədildi. Qeyd etdiyim kimi, onlar öz cəzalarını alıblar və alacaqlar”.
“Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu”
Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində də bir daha Nikol Paşinyan kimi işğalçı, terrorçunun əməllərinin nəticəsi belə olmalıdır deyir: «Azərbaycan özü bu məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq: “Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!” Ermənistan KİV-i yazır ki, Koçaryan və Sarkisyanın prezidentlikləri dövründə korrupsiya dövlət ideologiyası idi. Ölkənin informasiya vasitələri əvvəlki rejimlərin oliqarxlarının Paşinyan hökuməti ilə əməkdaşlıq etdiklərini yazır. Onların qənaətincə, hökumət başçısı neqativ halları aradan qaldırmağa çalışsa da, yenə köhnə rejimin qalıqları ilə işləməsinin nəticəsi də belə olmalıdır: “Çünki Nikol Paşinyan «super baş nazirlik” arzusunda idi. Yeni konstitusiyanın hazırlanması ilə bağlı yaradılan komissiyanın da buna xidmət edəcəyi istisna edilmir.
Ekspertlər: “Paşinyan hökumətinin xarici siyasət kursunda da səbatlılıq yox dərəcəsindədir”
Siyasi ekspertlərin sözlərinə görə, Paşinyan hökumətinin xarici siyasət kursunda da müəyyənlik, səbatlılıq yox dərəcəsindədir: "Paşinyan həm Qərbə, həm də Rusiyaya yarınmağa, nəticədə hər iki tərəfdən başının sığallamasına nail olmağa çalışır. Bu davranışın əziyyətini isə Ermənistan əhalisi çəkir. Nəticəsi də…
Düşmənin üç gün ərzində 2300 nəfərədək canlı qüvvəsi məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinnin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı qeyd edib ki, işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir: «Təkcə üç gün ərzində düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Dünən gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu sıradan çıxarılıb. İtirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib. Düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilir. Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir".
Dövlət başçımız: “Paşinyana “Düz yola gəl” deyəndə, anlamamağının nəticəsi də belə olmalı idi.
Vitali Arkov: “Nikol Paşinyanın erməni xalqına vəd yox, hesabat verməyinin vaxtıdır”
Rusiyalı ekspert Vitali Arkov Paşinyannı belə sənədlərlə bağlı açıqlamasını verdiyi vədlərin nəticəsiz olduğunu ört-basdır etmək məqsədi güddüyünü bildirir:
"Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda verdiyi bəyanatlarla qəsdən Azərbaycanı müharibəyə təhrik edərək işğalçıdan dönüb məzluma çevrilmək istəyirdi. N.Paşinyan ölkədə iqtisadiyyatın çökdüyü bir vaxtda öz reytinqini bərpa etmək təlaşında və iqtisadi sahədə möcüzə yaratmaqda istəyində idi, amma artıq nağıl danışmağın vaxtı çoxdan itib. Və bu gün erməni xalqının qazancı boş sözlər, ən dəhşətlisi də Dağlıq Qarabağdan gələcək minlərlə tabut, minlərlə də şikəst olacağı idi. Artıq Nikol Paşinyanın erməni xalqına vəd yox, hesabat verməyinin vaxtıdır. “Qarabağ Azərbaycandır! Nöqtə»-nin erməni xalqına vurduğu ziyanın hesabatının verməyinin vaxtıdır”.
“Qarabağ Ermənistandır”nöqtə”-nin…
Cavabını Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də xalqa müraciətəində bir daha dedi: “Məndən xahiş etmişdi ki, daxildə vəziyyət ağırdır, oradan-buradan məni sıxırlar, mənə vaxt verin, mən bu məsələni həll edəcəyəm, mən yeni fikirlərlə gəlmişəm. Mən keçmişdə nə olub hamısının üstündən xətt çəkmişəm, imkan verin, vaxt verin. Dedim yaxşı. Nə oldu? Bir ildən sonra çıxış edib deyir ki, “Qarabağ Ermənistandır”. İndi desin “Qarabağ Ermənistandır”. İndi mənə olan zənglər və zənglər əsnasında gedən söhbətlər əlbəttə ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşurlar bəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə lazımdır dedim, vəssalam!”. Göründüyü kimi, dahilərin dediyi kimi, ermənilər həmişə gölə olub, qorxaq olub. Rus şair Puşkin yazırdı: "Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən...”.
Bəli, Azərbacan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının dediyi kimi: “Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Odur ki, artıq Nikol Paşinyanın erməni xalqına vəd yox, hesabat verməyinin vaxtıdır.