Rusiya Federasiyası onun təşəbbüsü ilə imzalanan humanitar atəşkəs haqqında razılaşmanı kobud şəkildə pozaraq Gəncəyə etdiyi raket hücumuna görə Ermənistanı şiddətlə qınamalıdır. Diaspor info-nun verdiyi məlumata görə, bunu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev "Tvitter" hesabında yazıb. A.Quliyev qeyd edib ki, Ermənistanın hərbi cinayətlərinin bundan sonra da cəzasız qalması yolverilməzdir.
254