"Mütəmadi təmasda olduğum yaxın dostum İbrahim Kalınla telefon danışığından məmnun oldum. ATƏT və Minsk Qrupunun üzvü və regionda aparıcı ölkə kimi Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesindəki vacib rolunu bir daha ifadə etdik".
Diaspor info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində bildirib.
Qeyd edək ki, İbrahim Kalın Türkiyə Prezidenti Administrasiyasının Mətbuat katibidir.
229