ZAQATALA HƏKİMLƏRİ: ONLAR DÖYÜŞƏN ƏSGƏR QƏDƏR QƏHRƏMANDIRLAR.
Məlum olduğu kimi bu ilin sentyabrında erməni cəlladları dəfələrlə Azərbaycan torpaqlarına yenidən hücum etdilər. Və qarşıları da, dərhal qəhrəman Azərbaycan əsgəri tərəfindən alındı. Ancaq onlar dayanmadılar və hücum edərək yeni ərazilər əldə etmək istədiklərini bəyan etdilər. Azərbaycan Silahlı Qüvvələri əks hücumla torpaqlarımızı düşmən tapdağından təmizləməyə başladılar. Ali baş komandan Cənab İlham Əliyevin tapşırığı ilə qismən səfərbərlik elan olundu.
Müharibə vaxtı ən çox lazım olan peşə sahiblərindən biri də, həkimlərdir, desək yanılmarıq. Zaqatala səhiyyəsinin rəhbəri Məcid Əliyev Prezidentin çağırışına ilk və tez reaksiya verənlərdən oldu.
Belə ki, təcili toplantı keçirərək cəbhəyə bir qrup həkimin getməli olduğunu kollektivə bəyan etdi.
İlk reaksiya Zaqatala MRX -nın Cərrahiyyə şöbəsinin müdiri Azər Aydın oğlu Salmanovdan gəlib. Onun fikirləşmədən qərar verməsi sözün əsil mənasında qürurverici olduğuna görə digər həmkarları da, irəli atılaraq cəbhəyə, Azərbaycan əsgərinə tibbi yardım göstərməyə hazır olduqlarını bildiriblər.
Bunlardan Anesteziologiya-reanimasiya şöbəsinin həkimi Anestezioloq- reanimotoloq Teymur Oktay oğlu Həsənov, Cərrahiyyə şöbəsinin həkim travmotoloqu Müşviq Nizami oğlu Məmmədov, Uşaq şöbəsinin müdiri Emin İmran oğlu Quliyev, Stomatologiya bölməsinin həkimi Kənan Sabir oğlu Məmmədov, Cərrahiyyə şöbəsinin həkim-onkoloqu Zaur Şueyib oğlu Əliyev, Əliabad qəsəbə həkim məntəqəsinin Ailə həkimi Əziz Zalımxan oğlu Vəliyev, Cərrahiyyə şöbəsinin daha iki cərrahı Elşən Abdulla oğlu Məmmədov və Əkrəm Camal oğlu Ismayılov, Anesteziologiya- Reanimasiya şöbəsinin həkimi Ədalət Əli oğlu Cəlilov, Cərrahiyyə şöbəsinin tibb bacısı Fatma Məmməd qızı Şıxamirova, Vərəm şöbəsinin mühafizəçisi Vahid Vasif oğlu Abdullayev, TTTYS-nın sürücüləri Timur Fazil oğlu Osmanov, Rövşən Səfər oğlu Əhmədov və Abbas Fazil oğlu Qardaşovun adlarını xüsusi qeyd etmək istəyirəm.
Bu gün onların hər biri ön cəbhədə döyüşən Rəşadətli Azərbaycan əsgəriylə çiyin-çiyinə Vətən müdafiəsindədirlər.
Onlar sözün hər mənasında erməniyə qan udduran Azərbaycan əsgəri qədər cəsarətlidirlər.
Bəli, bu gün Zaqatala həkimləri də, tarix yazır, bu şanlı tariximizin yeni səhifələrində öz adlarını əbədi həkk etdirirlər.
Artıq Azərbaycan Əsgəri yağı düşməni dalana dirəyib. Bununla yanaşı torpaqlarımızdan iti qovan kimi qovduğumuz erməni faşistləri də, raket atəşi edirlər. Odur ki, bu arada yaralı əsgərlərimizə yardım edən bütün tibb işçiləri qəhrəmanlıq göstərirlər.
Bu çətin və şərəfli peşənizdə sizə uğurlar arzulayıram.
ƏLMANİZ ƏLƏKBƏRLİ
AZƏRBAYCAN YAZIÇILAR VƏ JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜ.