ZAQATALA MÜALİCƏ DİAQNOSTİKA MƏRKƏZİNİN BÜTÜN HƏKİMLƏRİ CƏBHƏYƏ GETMƏYƏ HAZIRDIRLAR.
Zaqatala səhiyyəsinin həkimləri hansı tibb müəssisəsində çalışmasından asılı olmayaraq Vətən müharibəsi başlayan gündən səfərbər olduqlarını sübut etdilər.
"ZAQATALA DİAQNOSTİKA MƏRKƏZİNİN HƏKİMLƏRİ"
ikinci QARABAĞ savaşı başladığı gündən cəbhəyə könüllü yola düşmələri ilə bunu sübut etdilər.
Sözügedən tibb ocağında olduğumuz zaman bunu bir daha müəssisənin rəhbəri Nəriman Əfəndiyev bizə dedi: " sentyabrın sonlarına yaxın erməni faşistlərinin yeni ərazi iddiasıyla etdiyi hücum zamanı rəşadətli ordumuzun əks-hücumları oldu. Və Azərbaycan ordusu erməni cəlladlarına öz yerini göstərdi.
Cənab Prezident Ali baş komandan Ilham Əlıyevın tapşırığı ilə qismən səfərbərlik elan olundu. Bizim həkim kollektivimiz cəbhədə həkimlərə daha çox ehtiyac olduğunu nəzərə alaraq könüllü ön cəbhəyə yollanmaq üçün siyahıya yazıldılar. Düzdür birdən- birə hamını aparmaq mümkün olmadığı üçün müəyyən sayda həkim və tibb bacısı ön cəbhəyə yollandı. Bizim həkimlərə kimsə göstəriş vermədi, onlar özləri buna can atdılar. Bizim fikrimizcə bu gün peşəsindən asılı olmayaraq hər kəs cəbhə üçün işləməlidir."
Diaqnostika haqqında mən dəfələrlə məqalə yazdığım üçün bu səhiyyə müəssisəsi haqqında çox geniş danışmaq istəmirəm. Təkcə onu deyə bilərəm ki, usm və labarotoriyanın nəticələri eyni ilə Avropa tibb müəssisələrində də, öz təsdiqini tapdı və mən həmin gündən məhz Zaqatala Müalicə Diaqnostika Mərkəzində müalicə alıram.
Bu müəssisədə çalışan həkimlərin çoxunu da şəxsən tanıyıram.
Aldığım məlumata görə cərrah İlqar Rəhimov Vətən müharibəsi başlayan gündən ən qaynar nöqtələrdə, şiddətli döyüşlər gedən zaman ön cəbhədə yaralı əsgərlərimizə tibbi yardım edib və onların əksəriyyətini yenidən həyata qaytarıb.
Diaqnostika Mərkəzinin qəhrəman həkimləri sırasına cərrah İlqar həkimlə yanaşı həkim Anestezioloq-reanimatoloq İsgəndərov İsgəndər, uroloq-cərrah Hacı Aslanov, həkim-hematoloq İbrahim Qurbanov, Tibb bacılarından isə Məhsəti Mütəllibova, Samirət Qacayeva, Nəzakət Abdurrahmanova, Cavharat Balayeva da qoşulublar.
Bəli, onlar qəhrəmandırlar, həm də, döyüşən əsgər qədər qəhrəmanlıq göstərirlər.
Zaqatala həkimləri Azərbaycan əsgəriylə çiyin-çiyinə tarix yazırlar.
Hesab edirik ki, bu həkimlərin xilas etdiyi cəngavərlər necə tarix yazırsa Zaqatala həkimləri də, eləcə tarix yazır. Və bu Şanlı tarixdir, Zəfər tarixidir.
Fikrimizcə ön cəbhəyə yollanan Zaqatala həkimləri hər şeyi göz önünə almış, Şəhid olmaqdan belə qorxmayan qəhrəmanlardır. Onlar sözün hər mənasında hər şeyin yaxşısına layiqdirlər. Gələcək tibb işçilərinə nümunə olan Zaqatala həkimləri kişilik, mərdlik, qorxmazlıq nümayiş etdirməklə respublika səhiyyəsində öz möhürlərini vurmuşlar.
Sonda onu da vurğulamaq istəyirəm ki, Diaqnostika Müalicə Mərkəzinin rəhbəri məşhur cərrah Nəriman Əfəndiyevlə söhbət edərkən özünün də ön cəbhəyə getməyə hazır olduğunu onun dilindən eşitdik:" mən bir cərrah kimi hamıdan əvvəl ön cəbhəyə getməyə hazıram. Kollektivimdə işləyən cavan cərrahlar məndən irəli keçərək ön cəbhəyə yollandılar. Buna baxmayaraq mən özüm də, hər zaman buna hazıram."
Hazırda Zaqatala həkimləri arasında geri dönənlər də, var. Bununla yanaşı ön cəbhədə yaralı əsgərlərimizə xidmət edənlər də, az deyildir.
Biz də, qəhrəman həkimlərimizə sağ-salamat ailələrinə dönmələrini arzu edirik.
ƏLMANİZ ƏLƏKBƏRLİ
AZƏRBAYCAN YAZIÇILAR VƏ JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜ.