Bu gün "KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırrılması" mövzusunda təlim keçirilir. Təlim zamanı KİV nümayəndələrinə "İcbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi və sığorta haqqı", "Xidmətlər zərfi və müştərək maliyyələşmə məbləği", "Tibb müəssusələrinin və tibb işçilərinin KİV ilə əməkdaşlığı" və "Səhiyyə işçilərinin əməkhaqlarına əlavələrin tətbiqi" movzusunda məruzələr edilir.
Təlimdə iştirak edən məruzəçilər müvafiq olaraq, Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov, Tibbi xidmətlərin tarifləri şöbəsinin koordinatoru Səbinə Quliyeva, Regional məsələlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov və Büdcə planlaşdırılması və hesabatlılıq şöbəsinin koordinatoru Nəsimi Nuriyev qeyd olunan mövzular haqda məruzə edir və KİV nümayəbdələrini məlumatlandırırlar. Təlim proqramına sual-cavab sessiyası da daxildir və təlimin sonunda bu təlimdə iştirak edən KİV nümayəndələrinə sertifikatların təqdim ediləcəyi bildirilir.