Turizmlə bağlı Naxçıvanı kənarda daha
çox təbliğ etməliyik. Çünki tarixi çox
qədimdir, bizim ölkəmizin gözəl incisini
bütün dünyada təbliğ etmək hər
birimizin borcudur......
çox təbliğ etməliyik. Çünki tarixi çox
qədimdir, bizim ölkəmizin gözəl incisini
bütün dünyada təbliğ etmək hər
birimizin borcudur......
Mənfur qonşularımızın iyrənc siyasəti üzündən mən ata yurdumda olmamışam və mənim kimi məcburi köçkün balaları da, öz ata-baba yurdlarına gedə bilmirlər.
Mömünə Xatun Səttarova.
Diaspor. info saytı dünyada yaşayan məşhur Azərbaycanlılarla oxucularımızı tanış etməkdə davam edir. Budəfəki müsahibimiz hazırda Regionlar Arası İdarəçilik Akademiyasında “Beynəlxalq münasibətlər və diplomatiya” üzrə magistr təhsili alan Mömünə Xatun Səttarovadır.
Mömünə Xatun Səttarova, İstanbulda Boğaziçi Universitetində təhsil alıb.( İqtisadi idarəetmə və siyasi bilim üzrə).
Sonra Azərbaycana qayıdıb. Beynəlxalq iqtisadi əlaqələr və diplomatiya sahəsində təhsil almaq, onun ən böyük arzusu idi. Bir il Bakıda qaldıqdan sonra Ukraynaya gəlib, burada yaxın tanışları olduğu üçün tədrisin keyfiyyəti ilə əvvəlcədən maraqlanıb. Beynəlxalq əlaqə və diplomatiya üzrə dörd il Bakalavır təhsili alıb. Hazırda Beynəlxalq münasibətlər və diplomatiya üzrə magistr təhsili alır. Təhsil almaqla bərabər həm də, işləyir. Onun qeyrətli Azərbaycan qızı kimi atdığı addımları yalnız alqışlamaq olar.
Bəlkə də, bir çox diaspor təşkilatlarından daha keyfiyyətli və çox fəaliyyət göstərir.
Mömünə Xatun deyir ki, təhsil ocağının adlı-sanlı müəllimlərindən biri Professor M. F. Qolovatı Azərbaycanda olub, multikultiralizmlə bağlı tədbirə qatılıb. O, Prezident İlham Əliyevin Heydər Əliyev mərkəzindəki çıxışını çox bəyənib:
Müəllimimiz deyir ki, biz Bakı şəhərini gəzdikdən sonra, Naxçıvana getdik. O, paytaxtdan çox Naxçıvana heyran olduğunu və imkan düşərsə yenidən, məhz Naxçıvana getmək istədiyini bildirdi. Professor M. F. Qolovatı, bizə “Ölkə tədqiqatlarının Aktual problemləri” fənnindən dərs verir.
Bilirsinizmi mən özüm də, hardasa beş-altı il əvvəl Naxçıvanda olmuşam.
İnanın ki, orada yaradılan şəraitə, oranın qədimi, tarixi abidələrinə heyran oldum. Naxçıvan Azərbaycanın ən gözəl incilərindən biridir. Mən çalışıram ki, Azərbaycanda, Naxçıvanda gördüyüm inkişafı, hər bir gözəlliyi təbliğ edim.
Ümumiyyətlə harada oxuyub, işləməyimdən asılı olmayaraq, çalışıram ki, Azərbaycan həqiqətlərini təbliğ edim. İstər Xocalı soyqırımı olsun, istər də, Qarabağ həqiqətləri olsun, fərqi yoxdur. Görüşdüyüm tanınmışlarla söhbətim zamanı çalışıram ki, tədbirə uyğun Azərbaycan haqqında nəyisə çatdırım, təbliğ edim.
Burada isə çox insanlarla görüşmüşəm. Ukraynanın Prezidenti Petro Poroşenko, şəhər meri Kliçko və s.
Çalışıram ki, görüşlərimdə Azərbaycanlı xanım olmaqla yanaşı diplomatiyada oxuduğumu da, hiss etsinlər. Əslində ən böyük arzum hər hansı bir ölkədə səfir olmaq və vətənimi, dövlətimi layiqincə təmsil etməkdir.
Vaxt, imkanım olduqca ictimai işlərdə, tədbirlərdə iştirak edirəm. Xüsusən də, Azərbaycan səfirliyinin keçirdiyi tədbirlərdə, onlarda daha maraqlı olur. Səfirimiz Azər Xudiyevin intellektinə, diplomatik bilgisinə heyranam.
Diaspor info
Ukrayna bürosu.
2 384