Hər il dünya ölkələri bir araya gələrək ətraf mühitin çirkləndirməsinin qarşısını almaq üçün müzakirələr aparır.
Bəs ölkəmizdə vəziyyət nə yerdədir?
Bildiyimiz kimi dünyada ətraf mühitin çirklənməsi əsas problemlərdən biri sayılır. Bu istiqamətdə atmosferə atılan çirkləndirici qazlar toplanaraq temperaturun artmasına və iqlim dəyişmələrinə gətirib çıxarır. Dünya üzrə 1840-cı ildən bu vaxta qədər aparılan elmi müşahidələr onu göstərir ki, temperatur 1,8oC artmışdır və bu artım hər il dahada artmaqda davam edir. Temperaturun artması xüsusilə 1990-cı ildən sonra intensivləşmişdir. Temperaturun bu cür artması atmosferdə anomaliyaya səbəb olmuş, kəskin istilərin və kəskin soyuqların sayı artmışdır. Soyuq iqlim şəraitinə malik olan şimal qütbündə, Antarktidada və Cənub qütb dairəsinə Arktikada milyon tonlarla buzlaqların əriməsi baş verir ki, bu da gələcəkdə çox ciddi fəlakətlərə yol aça bilər. Bununla bağlı 1992-ci ildə Yer Sammitində BMT-nin Rio-de Jeneyroda keçirilmiş İqlim konfransında İqlim dəyişmələri üzrə Çərçivə konvensiyası qəbul olunmuş ölkələrin qarşısında emissiyaların azaldılması ilə bağlı öhdəliklər müəyyən olunub.
1995-ci ildə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiqləyib. Kioto Protokolu 1997-ci il dekabrın 11-də Yaponiyanın Kioto şəhərində qəbul edilib və 2005-ci il fevralın 16-da qüvvəyə minib. Azərbaycan Respublikası Milli Məclisin 18 iyul 2000-ci il tarixli Qərarı ilə bu Protokola qoşulub. Bu öhdəliklərə əsasən temperaturun artmasının azaldılması və bu səviyyədə saxlanması üçün İstilik effekti yaradan qazların azaldılması üzrə öhdəliklər müəyyən olunub. Bununla bağlı son konfrans 2015-ci ildə Parisdə keçirilmiş və Paris razılaşması adlanan bəyannəmə qəbul edilmiş, Azərbaycanda daxil olmaqla bütün ölkələr İstilik effekti yaradan qazların(İEQ) azaldılması üzrə öhdəliklər müəyyən olunmuşdur.
Temperaturun artması artıq öz fəsadlarını verməkdədir. Dünya üzrə su ehtiyatlarının azalması baş verir. Azərbaycan Cənubi Qafqazda ən az su ehtiyatlarına malikdir və bu ehtiyatlar əsasən qonşu ölkələrdə (Gürcüstan, Türkiyə, İran, Ermənistan) formlaşır.
Azalma o həddədir ki, Kür çayı mənsəbinə yəni Xəzər dənizinə gedib çatmır və 2021-ci ildən başlayaraq Xəzər dənizi çaya daxil olaraq 40-50 km məsafədə Salyan rayonu istiqamətində irəliləmişdir.
"Azərbaycan üçün su ehtiyatlarının səmərəli istifadəsi və suvarma zamanı daha müasir və qənaətcil metodların tətbiqi ən priroritet işlərdən biridir". Bu sözləri Diaspor info-ya açıqlamasında Kimya elmləri üzrə fəlsəfə doktoru, Ekoloq Sadiq Həsənov qeyd edib.Hazırda Azərbaycanda əkin sahələrinin 60-70%-i ənənəvi şırım metodu ilə suvarılır ki, buda su ehtiyatlarında 50 %-ə qədər itki verir.
Əkin sahələrində gedən deqradasiya, su çatışmazlığı regionlarda yaşayan əhalini əsas gəlir mənbələrindən məhrum edə bilər və nəticədə insanların şəhərlərə miqrasiyası baş verə bilər. Bu isə öz növbəsində kənd yerlərində və şəhərlərdə ərzaq qıtlığının yaranmasına gətirib çıxara bilər. Susuz qalmış torpaqlarda səhralaşma artır və nəticədə münbit torpaqların sahəsi azalır.
İqlim dəyişmələrinin ikinci ən böyük təsiri Xəzər dənizinin səviyyəsinin 1.5 metr aşağı düşərək -28 metr həddinə çatmasıdır. Ümumiyyətlə Xəzər dənizi 1930-cu ildən başlayaraq su səviyyəsində düşmə müşahidə olunmağa başlayıb. Ən çox düşmə 1977-ci ildə müşahidə olunub, sonradan suyun səviyyəsi 1997-ci ildə öz -26.5 metrə qədər artmışdır. Bu ildən başlayaraq düşmə davam edir və bir ildə alimlərin, beynəlxalq ekspertlərin hesablamalara görə 0,4 sm azalma baş verir. Dənizin su səviyyəsinin azalmasında əsas səbəblərdən biri Qlobal istiləşmə və iqlim dəyişmələri nəticəsində buxarlanmanın artmasıdır. Beynəlxalq elmi mərkəzlərin, ölkə üzrə mütəxəssislərin fikrinə görə Xəzər dənizində səviyyənin aşağı düşməsi davam edəcəkdir.
Dənizin su səviyyəsinin azalması Azərbaycan üçün ciddi fəsadlarla müşayət olunacaq. Dəniz obyektlərində və dəniz kənarlarında qurulan infrastrüktur obyektləri yenidən planlaşdırılmalı və tikilməlidir. Dənizdə olan turizm infrastrükturları maliyyə itkisinə məruz qala bilər.
Bununla yanaşı, İqlim dəyişmələrinin təsiri ilə su ehtiyatlarının azalması, quraqlıq nəticəsində səhralaşmanın artması eyni zamanda torpağa antropogen təsirin artması, yəni insanların düzgün olmayan təsərrüfat fəaliyyəti, torpaq ehtiyatlarının idarə edilməsindəki bəzi çatışmazlıqlar və iqlim dəyişmələrinin təsiri nəticəsində torpaqlarda deqradasiya prosesləri kəskin şəkildə artmışdır.
Mütəxəssislərin qənaətinə görə, torpaqların tənəzzülə uğraması, əsasən, mal-qaranın örüş-otlaq sahələrində normadan artıq otarılması (artıq yüklənmə), meşələrin qırılması, floranın məhv edilməsi və torpaqların səmərəsiz istifadəsi və sənaye istehsalının təsiri nəticəsində baş verir. Bununla yanaşı, torpaqların və suvarma suyunun kimyəvi çirklənməsi, kənd təsərrüfatı bitkilərinin pestisidlər və aqrokimyəvi maddələrlə düzgün işlənilməməsi nəticəsində baş verən kimyəvi çirklənmə həlli vacib olan məsələlərdir. Ən vacibi isə torpaqların ağır metallarla çirklənməsinin qarşısının alınmasıdır. Torpaqların qorunması və bu istiqamətdə fermerlərə yardım etməsi üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinet, Kənd təsərrüfatı nazirliyi və bir sıra nazirliklər tərəfindən bir çox işlər görülür.
Bəs yaşıllıq sahələrin genişləndirməsi üçün hansı yeni layihələr planlaşdırılır ?
Azərbaycanda yaşıllıqların artırılması istiqamətində son illər bir çox işlər görülsədə bu sahədə bir çox problemlər qalmaqdadır. Ümumiyyətlə şəhərlər üzrə, o cümlədən Bakı şəhəri üzrə 1 nəfərə düşən yaşıllıq sahəsi 5 kv.m –dən azdır və bu dünya üzrə yaşıllıq normalarından və ölkə üzrə adambaşına düşən yaşıllıq sahəsi normalarından bir neçə dəfə aşağıdır(Dünya üzrə bu 22-25 m2). Şəhərlərdə yaşıllıq sahələrinin norma daxilində olması şəhərlərin havasını təmizləyir, temperatur amplitudasını yaxşılaşdırır və insan sağlamlığı üçün vacib maddə olan oksigenin yaranmasına köməklik edir. Yaşıllıq əraziləri həm də şəhərin estetik dəyərlərinin artmasına köməklik edir.bəzən yaşıl massivlərin azalmasına səbəb olur. Təcrübə göstərir ki, böyük şəhərlərin ətraf mühitlə bağlı bəzi problemləri yaşıllıq ərazilərin artırılması hesabına həll edilə bilər. Bu 2011-ci il və 2020-ci illər arasında aparılan jurnalist araşdırmaları nəticəsinə məlum olmuşdur ki, Bakı şəhərinin Nizami rayonu, 8-ci km ərazisində, Binəqədi rayonunda Azadlıq metrosu yaxınlığında, Gənclik metrosu ətrafı, A.Sultanovanın heykəli ətrafında, Səbail rayonu Badamdar və Bayıl yaşayış massivində olan yaşıllıqlar məhf edilmiş, yerində müxtəlif İAŞƏ obyektləri tikilmişdir. Son 8 ildə itirilən yaşıllıq ərazisi 45 min kv.m təşkil edir ki, buda Olimpiya stadionun ərazisi qədər ərazi deməkdir. Digər yerlərdə də yaşıllıqların qırılması davam edir.
2001-ci ildə verilən rəsmi məlumatlara əsasən Azərbaycanın ümumi meşə yaşıllıq ehtiyatları 1270 min ha olmuşdur. Meşə və yaşıllıq ərazilərindən digər məqsədlər üçün istifadə edilməsi nəticəsində 2020-ci ildə ağacla örtülü meşə və yaşıllıq fondumuz xeyli azalmışdır.
Yaşıllıq ərazilərinin azalmasında əsas səbəblərdən biri də Qlobal istiləşmənin təsirindən su ehtiyatlarının azalması və ağacların susuzluqdan qurumasıdır ki, bu da az olan yaşıllıq və meşə ehtiyatlarımızın daha da azalmasına səbəb olur. Ona görədə gələcəkdə yaşıllıq və meşə sahələrinin salınmasında az su tələb edən ağaclara üstünlük verməklə bu növ ağacların və yaşıllıqların sahəsini artırmaq olar.
Bu cür səbəblər müxtəlif xəstəliklərin çoxalmasına, torpaqların münbitliyinin azalmasına və su ehtiyatlarına mənfi təsir edir. Qlobal istiləşmənin təsirindənn su ehtiyatlarının azaldığı bir şəraitdə daha az su tələb edən ağacların əkilməsinin, yaşıllıq sahələrində bu cür növlərdən istifadənin stimulaşdırlması üçün təşəbbüslərin artırılmasıdır. Bu növ ağacları həm şəhərlərdə, həm də kənd yerlərində əkmək mümkündür və bu cür yaşıllıq sahələri uzun müddət ərzində ölkəmizi yaşıllıqla təmin edə bilər.
2019-cu il koronavirus xəstəliyinin (COVID-19) qlobal yayılması insan həyatının hər bir hissəsinə, o cümlədən də fiziki dünyaya təsir göstərdi. Virusun yayılmasına və iqtisadi fəaliyyətin ləngiməsinə nəzarət üçün görülən tədbirlər ətraf mühitə ciddi təsir göstərmişdir. Elmi və jurnalist araşdırmalarına nəzər saldıqda COVID-19 pandemiyasının ətraf mühitə müsbət və mənfi təsirlərini müəyyən olunub. Belə ki, 2020 və 2021-ci illərdə istehsal fəaliyyətinin zəifləməsi və ölkələr arasında sərhədlərin bağlanması səbəbindən pandemiya vəziyyəti dünyanın müxtəlif şəhərlərində havanın keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmış, İstilik effekti yaradan qazları azalmış, su mənbələrinin çirklənməsini və sənaye və avtomobil nəqliyyatı tərəfindən səs-küy sakitləşmiş və ekoloji sistemin bərpasına kömək etmişdir.
Bundan əlavə, COVID-19-un bəzi mənfi nəticələri də var, məsələn, tibbi tullantıların artması, dezinfeksiyaedici maddələrin, maskaların və əlcəklərin təsadüfi istifadəsi və utilizasiyası və sairə. Görünən odur ki, pandemiyadan sonra iqtisadi fəaliyyətlər tezliklə olacaq və ekoloji vəziyyət dəyişə bilər. Covid-19 pandemiyası nəticəsində Biotibbi tullantıların əmələ gəlməsinin artması COVID-19-un başlanmasından bəri qlobal miqyasda tibbi tullantıların istehsalı artıb ki, bu da əhalinin sağlamlığı və ətraf mühit üçün əsas təhlükədir.
Müəllif: Havar Şəfiyeva
Son illər Bakıda və digər şəhərlərində tikiti işlərinin artması yaşıllıqlara mənfi təsir edir,