• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə keçirdiyi “İnformasiya müharibəsi:

7-11-2024, 14:30 | Baxılıb: 6 382
“Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə keçirdiyi “İnformasiya müharibəsi:

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə keçirdiyi
“İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının mahiyyət və məqsədləri” mövzusunda
dəyirmi masa iştirakçılarının

BƏYANATI

Biz, Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə keçirdiyi “İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının mahiyyət və məqsədləri” mövzusunda dəyirmi masanın iştirakçıları dəyirmi masada aparılan müzakirələri və səslənən fikirləri əsas tutaraq aşağıdakıları bəyan edirik:
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının hər il bir ölkədə keçirilən sessiyaları dünyanın ən mötəbər tədbirlərindən biridir. Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü il 11-22 noyabr tarixlərində Bakıda keçirilməsi barədə yekdil qərarın qəbul edilməsi dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən ölkəmizə göstərilən etimadın bariz nümunəsidir. Bu gün Azərbaycan COP29 konfransının ən yüksək səviyyədə təşkili və üzərinə düşən missiyanın layiqincə yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edib. Əminik ki, COP29 yüksək səviyyədə, nümunəvi şəkildə təşkil olunacaqdır.
Lakin eyni zamanda bəyan edirik ki, Azərbaycan dövlətinin son illər əldə etdiyi uğurlar, beynəlxalq arenada nüfuzunun gündən-günə artması, qlobal təşəbbüslərin əsas iştirakçılarından birinə çevrilməsi bəzi xarici ölkələri və beynəlxalq təşkilatları, xüsusilə ermənipərəst qüvvələrin təsiri altında olan dairələri hədsiz qıcıqlandırır. Bizim əldə etdiyimiz uğurları, xüsusilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfəri, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunmasını həzm edə bilməyən bu dairələr mütəmadi olaraq ölkəmizə qarşı informasiya hücumları, diversiyalar aparır, dövriyyəyə dezinformasiyalar buraxırlar. Xüsusilə COP29 ərəfəsində aktivləşən müxtəlif siyasi dairələrdən edilən bu hücumlar, təhdidlər, çirkin kampaniyalar bizi qarşımızda duran hədəflərdən yayındırmaq, ölkəmizin artan nüfuzuna və BMT-nin mötəbər tədbirinə kölgə salmaq məqsədi daşıyır. Azərbaycanla bağlı qərəzli və həqiqətə uyğun olmayan məlumatların məqsədyönlü şəkildə yayılmasına çalışan bu qüvvələr ölkəmizə qarşı hibrid təhdidlərin təşkilini hədəf götürərək iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi və bir sıra ekoloji problemlərin müzakirəsini və müvafiq qərarların qəbul edilməsini nəzərdə tutan bu beynəlxalq tədbiri bütün vasitələrlə siyasiləşdirməyə çalışırlar. Prosesdə dünyanın bir sıra aparıcı media orqanlarının iştirakı isə dərin təəssüf hissi doğurur.
Biz, bütün bunları nəzərə alaraq, Azərbaycanın media vasitələrini COP29-la bağlı ölkəmizə qarşı aparılan informasiya diversiyalarına münasibətdə ayıq-sayıq davranmağa, belə xoşagəlməz təmayüllərin gerçək mahiyyəti barədə vətəndaşlarımızı və dünya ictimaiyyətini operativ məlumatlandırmağa çağırırıq.
Biz, eyni zamanda, dünyanın aparıcı media orqanlarını, ümumən söz və ifadə azadlığının təəssübünü çəkən media qurumlarını Azərbaycana qarşı informasiya diversiyalarına, məqsədli dezinformasiya tədbirlərinə obyektiv və adekvat qiymət verməyə, bu kimi halların aradan qaldırılması üçün həmrəyliyə çağırırıq.скачать dle 10.6фильмы бесплатно


6 382

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.