Suriyalı ermənilər 3 ölkədə terror aktlarına hazırlaşır
PKK/YPG terror qruplaşmalarının tərkibində döyüşən erməni taboru Qarabağdan Suriyaya geri qayıdıb. Sarsıdıcı məğlubiyyətlərini həzm edə bilməyən erməni terrorçuları Türkiyənin, Azərbaycanın və Rusiyanın mülki hədəflərinə hücumlar planlaşdırır. DİASPOR.İNFO-ya daxil olan məlumata görə, bu haqda Türkiyənin Busra Hakimiyyet nəşri ölkənin təhlükəsizlik sferasında fəaliyyət göstərən mənbəsinə istinadən yazır.
"Bursa Hakimiyyet" nəşri: “Bu ilin yayında tabor Qarabağa göndərilmişdi”
Qeyd edilir ki, erməni taboru 2019-cu ilin aprelində Suriyanın şimalında yaşayan etnik ermənilərdən ibarət olaraq yaradılıb və onlar əsasən PKK/YPG təşkilatlarının üzvləridirlər. Bu ilin yayında tabor Qarabağa göndərilmişdi. Taborun silahlıları artıq Suriyanın şimalına geri dönüblər və bəyan edirlər ki, Ermənistanın məğlubiyyətinin baiskarları Azrbaycanla yanaşı, Türkiyə və Rusiyadır.
Digər tərəfdən, Türkiyə ordusunun bölgədə apardığı uğurlu anbti-terror əməliyyatları nəticəsində kürd terror qruplarının tərkibində döyüşən bir sıra erməni yaraqlıları məhv edilib.
“Erməni taboru özünü yalnız Bəşər Əsəd ordusunun nəzarəti olan ərazilərdə təhlükəsiz hiss edir, belə ki, Suriya dövlət məmurları ilə yaxşı münasibət saxlamaqdadırlar”
Bununla bağlı Bursa Hakimiyyet qəzeti yazır: “Türkiyə ordusunun uğurlu əməliyyatları nəticəsində erməni taboru rahat hərəkət etmək imkanlarını itirib və hazırda regiondakı mövcudluqlarını qoruyub-saxlamağa cəhd göstərir. Lakin həmin cəhdlərinə rəğmən, acı talelərindən yan qaça bilməyəcəklər”.
Əldə edilən digər məlumatda isə bildirilir ki, erməni taboru özünü yalnız Bəşər Əsəd ordusunun nəzarəti olan ərazilərdə təhlükəsiz hiss edir, belə ki, Suriya dövlət məmurları ilə yaxşı münasibət saxlamaqdadırlar.
"PKK tərkibindəki erməni qruplaşmaları səs-küylü terror aksiyaları keçirmək niyyətindədirlər"
Beləliklə, “Qarabağdakı sarsıdıcı məğlubiyyətləri ilə heç cür barışa bilməyən Suriyanın erməni terrorçuları çıxış yollarını terror törətməkdə görürlər və hətta onların terror aksiyaları keçirmələri üçün planlarının da olduğu bildirilir”, deyə yazan türk nəşri yazır.
Əlavə olunub ki, əldə edilən informasiyaya görə, PKK tərkibindəki erməni qruplaşmaları səs-küylü terror aksiyaları keçirmək niyyətindədirlər.
“Onlar məğlubiyyətlərinə görə Rusiyanı da ittiham edirlər, ona görə də ölkənin mülki obyektlərinə qarşı hücumlar planlaşdırırlar”, mənbə Türkiyə nəşrinə bildirib.
Xatırladaq ki, terrorçu taborun adı Nubar Ozanyanın adını daşıyır. Bu terrorçu YPG-nin yaraqlılarından olub və Türkiyənin təhlükəsizlik gücləri tərəfindən 2017-ci ildə öldürülüb.
Rövşən RƏSULOV