"Müəllim peşəsinə və şagirdlərinə olan məhəbbətini özündə birləşdirməlidir" İlahə Əzizli
Lev Tolstoyun belə bir deyimi var: "Müəllim əgər işini sevirsə, o yaxşı müəllim olacaq. Müəllim işinə və şagirdlərinə olan məhəbbətini özündə birləşdirirsə, o kamil müəllim olacaq”. Bu fikirləri DİASPOR.İNFO-ya “Hədəf” kurslarının riyaziyyat müəlliməsi İlahə Əzizli deyib.
Xatırladaq ki, İlahə müəllimə də həm işinə həm də şagirdlərinə olan məhəbbətini özündə birləşdirən müəllimlərdəndir. Müəllim kollektivi və şagirdləri tərəfindən dərin hörmət və sevgi qazanmış bu gənc müəllim 2010-cu ildə Neftçala rayonunun Qədimkənd kənd tam orta məktəbində ümumi orta təhsilini başa vurub. Elə məktəb illərindən dərslərində müvəffəqiyyəti, təşkilatçılıq qabiliyyəti, fənn olimpiadalarında yüksək nəticələri və digər ictimai işlərdə fəallığı ilə fərqlənib.
Ali bakalavriat təhsilini 2010-2014-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat və informatika ixtisası üzrə, magistr təhsilini isə 2014-2016-cı illərdə Bakı Dövlət Universitetinin ehtimal nəzəriyyəsi və riyazi statistika ixtisası üzrə alıb. Hal-hazırda "Hədəf" şirkətlər qrupu - "Hədəf" kurslarında riyaziyyat və məntiq tədrisi üzrə fəaliyyət göstərir.