MİLLİ MƏTBUATIMIZIN 146-CI İLDÖNÜMÜ ƏVVƏLKİLƏRDƏN ÇOX FƏRQLİDİR.
MİLLİ MƏTBUATIMIZIN DÜNƏNİ, BU GÜNÜ VƏ SABAHI.
146-cı ildönümü əvvəlkilərdən çox fərqlidir. Belə ki, bu il uzun illərdir xərçəng yarası kimi ağır xəstələnən və xalqımız üçün böyük bir dərdə çevrilən “Qarabağ” problemimizi həll etdik. “İkinci Qarabağ” savaşında Şəhid jurnalistlərimiz oldu.
Beləliklə də, bu ilki bayramımız ötəkilərdən xeyli fərqlənir.
ƏLMANİZ ƏLƏKBƏRLİ
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin Üzvü.
Bu gün Azərbaycan jurnalistləri “Milli Mətbuat” gününü qeyd edir. 146-cı ildönümü əvvəlkilərdən çox fərqlidir. Belə ki, bu il uzun illərdir xərçəng yarası kimi ağır xəstələnən və xalqımız üçün böyük bir dərdə çevrilən “Qarabağ” problemimizi həll etdik. “İkinci Qarabağ” savaşında Şəhid jurnalistlərimiz oldu.
Beləliklə də, builki bayramımız ötəkilərdən xeyli fərqlənir.
Ömrümün 20 ilini sırf çap mediasına həsr edən bir jurnalist kimi mən də, bu günü səbirsizliklə gözləyənlər arasındayam. Müharibə başlanan gündən xaricdə yaşayan azərbaycanlılar arasında apardığım aktiv təbliğat əsasında 100 minə yaxın abş dolları “Silahlı Qüvvələrin Yardım Fonduna” köçürüldü.
Bu gün zəmanəmiz daha çox internet mediaya tələbat duyduğu üçün, yəni informasiyanın daha operativ olması naminə, ən çox saytlar və sosial şəbəkələr vasitəsilə informasiyalar yayılır.
“Diaspor.info” saytı da, artıq dördüncü ildir ki, informasiya savaşında aktivliyi ilə seçilir.
Bayram ərəfəsində qısa da, olsa Milli mətbuatımızn şanlı tarixinə nəzər salmaq və oxucularımıza da, bəzi məlumatları vermək istəyirəm.
“Milli mətbuatımızın” bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulub. Təkcə Qafqazda deyil, əslində Rus və digər imperiyalarda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da, Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi olub. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzeti səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.
"Əkinci" qəzeti Azərbaycana nə verirdi?: Əkinçi elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Əkinçi qəzeti məqalələrini xalq dilinə yaxın, sadə və səlis yazdığı üçün daha tez uğur qazanmışdı. "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. O, dövründə çox böyük cəsarətli addım ataraq, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. "Əkinçi" qəzetinin daha tez ad-san qazanmasının bir səbəbi də, onun Azərbaycandan kənarda Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə də, yayılması idi.
1877-ci ildə "Əkinçi" qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə baxmayaraq Azərbaycanda bir müddət Azərbaycanca mətbu orqan çıxmamışdır.
Daha sonra rus dilində əvvəlcə 1871-ci ilin mart ayında işıq üzü görən "Бакинский листок-Bakinski listok" , daha sonra isə 1876-cı ildə ikinci rusdilli qəzet "Бакинские известия-Bakinskiye izvestiya" nəşrə başlamışdır. Rusdilli qəzetlər içərisində daha uzunömürlü olmuş "Kaspi"nin 1897-ci ildən etibarən naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüş və təxminən həmin dövrdən onun redaktoru Əlimərdan bəy Topçubaşov, sonralar isə Əlibəy Hüseynzadə olmuşdur. Rus dilində nəşr edilən qəzetlər Azərbaycan səhifəsi yaratmaq təşəbbüsü göstərsələr də buna nail ola bilməmişlər. 1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olmuşdur. Qəzetin cəmi 104 nömrəsi çıxdıqdan sonra 1880-ci ildə o, çapını dayandırmışdır. 1883-1891-ci illərdə Tiflisdə "Əkinçi" üslubunu davam etdirən "Kəşkül" qəzeti və jurnalı çıxırdı.
Çalışdım ki, Milli mətbuatımızla bağlı uzun-uzadı, yorucu yazmayım. Düşünürəm ki, bu gün Həsən bəy Zərdabinin, Mirzə Cəlilin və Sabirin bu xalqın inkişafı üçün yazdıqlarını hər bir oxucu bilir və yüksək dəyərləndirir.
Şanlı mətbuatımızın tarixinə diqqət yetirərkən dövrünə uyğun siyasi qadağalar, sapı özümüzdən olan baltalara imkan verirdi ki, milli mətbuatımızı elə beşiyindəcə boğsunlar. Ancaq müstəqilliyimizi əldə edəndən sonra “Milli Mətbuatımız” yenidən inkişaf etməyə başladı.
Yeni doğulmuş körpə kimi hələ ayaqda duruş gətirə bilməyən milli mətbuatımız bir çox problemlərlə rastlaşdı. İş o yerə çatmışdı ki, yaranmış borc üzündən bir çox qəzet redaksiyaları nəşrini dayandırmaq istəyirdi. Və bu an Müasir Azərbaycan dövlətinin xilaskarı, qurucusu Ulu öndərimiz Heydər Əliyev, Azərbaycan dövləti ilə yanaşı elə milli mətbuatımızı da, xilas etdi. Ümummilli lider qəzetlərin borclarını sildi, onlara əlavə kömək məqsədiylə bir çox imtiyazlar da, verdi.
Mən mətbuatla bağlı məqalə yazarkən əsasən öz təcrübəmə əsaslanıram.
Fikrimcə bu gün Azərbaycanda Milli mətbuatımız bir neçə kateqoriyaya bölünür:
1. Dövlət mətbuatı, fərqi yoxdur, qəzet, televiziya vəyaxudda, saytlar. Onlar yalnız sifarişlə yazırlar, hətta qınamayan olsa, bəziləri başına torba keçirilən icra başçılarını da, tərifləyərlər. Ancaq onların arasında da, ədalətli yazanlar var, bunu danmaq günah olardı.
Əslində hüquqi baxımdan özəl olan, yalnız əsil həqiqətdə icazəsiz heç bir addım atmayan televiziyalarımızın vəziyyəti isə daha da, acınacaqlıdır. Belə ki, müharibə şəraitində yaşamağımıza baxmayaraq, vətənpərvərlik mövzusunda verilişlər, seriallar göstərmək əvəzinə, yalnız əxlaqsızlıq təbliğ edən verilişlərin, serialların yayılması ilə məşğuldurlar, bu hal isə dözülməzdir. Onların arasında yenə də, Az.tv. yaxşıdır.
Bu il bir neçə televiziyanın bağlanması onu deməyə əsas verir ki, bu sahəyə də, ciddi nəzarət var.
2. Mətbuatımızda geniş yer alan “Radikal Müxalifət”-in mətbuatı, bu ölkədə hər şeyi qara görənlər. Bütün yaxşı işlərə ləkə, iftira atmaqla məşğul olan, lazım gələrsə şəhidindən belə öz məqsədləri üçün piyar edərlər. Hakimiyyətə zərər gəlsin deyə vətənlərini, dövlətlərini belə satmağa hazır olanlar. Əlbəttə ki, onların arasında da, əsil vətənpərvər jurnalistlər var, sadəcə çoxları ailəsini dolandırmaq üçün işləyir, çünki iqtidar mətbuatından fərqli olaraq, onlar yaxşı məvacib verirlər.
3. Bundan əlavə Məmurların saxladığı mətbuat da, var. Bunlar isə məmurların arasında olan informasiya savaşında iştirak edirlər. Ağalarının dəstəyi ilə Cənab Prezidentin sərəncamına da, düşərək təltiflərlə yanaşı ev də ala bilirlər.
5. Və ən nəhayət fikrimcə yetim qalmış, əsil müstəqil, ədalət carçıları olan mətbu orqanlar, çap mediası, vəyaxudda, saytlar.
Bu saytların əksəriyyəti öz hesablarına Dövlət və dövlətçiliyimizə xidmət etsələr də, nə KİVDF tərəfindən, nə də ki, digər qurumlardan heç bir halda maddi dəstək almayanlardır. Çünki əvvəllər Əli Həsənovla dil tapmaq üçün, həm adamın olmalıdır, həm də ki, onunla əlbir olmalıydın.
Şükürlər olsun ki, bu gün belə hallar yoxdur, indi gözləyək görək bu sahədə, “Medianın İnkişaf Agentliyi” hansı dəyişikliklər, islahatlar edəcəkdir.
Milli mətbuatımızın keçdiyi şanlı tarixindən yazdıq.
Bu günümüzün reallığından da, yazdıq. İnkişafımız, problemlərimiz göz qabağındadır, əgər Azərbaycanda mətbuat azadlığı, demokratiya olmasaydı, belə tənqidi fikirlərimizi də, yaza bilməzdik. Lakin bununla yanaşı tayfabazlıq, daydaylıq yenə də, hökm sürür. Mənim üçün qaranlıq qalan bir sual var, görəsən ötəki illərdə savadsız jurnalisti, vəyaxudda, hansısa redaktorun katibəsini Prezidentin imzalayacağı siyahıya salarkən aidiyyati məmurlar heç nədən qorxmurdular?
Sonda istəyirəm ki, peşəkar jurnalist kimi fəaliyyətim zamanı, qısa da olsa, 20-ildə qazandığım kiçik uğurlardan bir neçəsi ilə oxucularımızı da, tanış edim.
Müdafiə Nazirliyinin keçirdiyi “Ən yaxşı müəllif yazıları” müsabiqəsində, ayrı-ayrı vaxtlarda 2-ci və 3-cü yerlərin sahibi olmuşam.
2019-cu ildə “Azərbaycan Ukrayna Beynəlxalq Alyansının və “Ukrayna Yazıçılar İttifaqının” ” keçirdiyi sorğuya əsasən, Ukraynadakı jurnalist fəaliyyətimə verilən qiymət “İlin Jurnalisti” adına layiq görülməyim oldu.
Bütün bunlar mənim ədalətli yazılarıma verilən qiymətdir.
Beş kitab müəllifi kimi Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. Üzərimdə YAP-nın veteran vəsiqəsini şərəflə daşıyıram.
Ukraynada “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin” sədriyəm.
Dövlətimiz, dövlətçiliyimiz yolunda təmənnasız xidmət etməkdən qürur duyuram. “Regionda Media Və Cəmiyyət” MMC-yə rəhbərlik edirəm.
“Vətən” müharibəsindən əvvəl “Qarabağ”la bağlı xeyli təbliğati işlər görmüşəm.
Ukraynanın Ujqorod şəhərində yaşayan və uzun illər hərb sahəsində xidmət etmiş, ehtiyyatda olan erməni zabiti Qrand Qudmanyandan aldığım müsahibədə , onun dediyi “Qarabağ Azərbaycanındır və Azərbaycanın da, olacaqdır” sözləri bütün dünyaya səs saldı. Həmin dövrdə ermənilər öz lobbiləri vasitəsiylə Qudmandyandan sözlərini geri götürməsini, əks halda onu öldürəcəklərini deyərək, dəfələrlə ona hədə-qorxu gəlmələrinə baxmayaraq, o sözünü geri götürmədi.
Şəxsən mənim özümə də, sapı özümüzdən olan baltalardan hədə-qorxu dolu təhdidlər oldu. Sosial şəbəkələrdə şər-yaxma kampaniyası oldu. Mən belə cılız təhdidlərdən heç vaxt qorxmadım və bundan sonra da, qorxmayacağam.
Bütün jurnalist fəaliyyətim zamanı “Vətən” naminəetdiyim bu kimi xidmətlərimi yalnız və yalnız təmənnasız etmişəm, bunu bütün dostlarım bilir.
Mənə bu işləri görməkdə, yalnız xaricdə yaşayan sadə Azərbaycanlılar kömək ediblər, Vəssalam.
Əlmaniz Ələkbərli
Baş Redaktor.