“Barselona” rəhbərliyi yeni qaydalar tətbiq edib
“Barselona” rəhbərliyi gənc futbolçulara yeni qaydalar tətbiq edib. DİASPOR.İNFO xarici mətbuata istinadən xəbər verir ki, yeni qaydalarda bəzi qadağalar da nəzərdə tutulub.
Bundan sonra gənc futbolçular məşq zamanı telefondan istifadə edə bilməyəcəklər. Onlara paltardəyişmə otağında da telefondan istifadə qadağan olunub.
Futbolçular bazaya daxil olarkən telefonları təhvil verməli olacaqlar. Gənclər qeyri-adi saç düzümündən də yararlana bilməyəcəklər. Bu da son deyil. Onlara saçlarını rəngləmək də qadağan edilib.
Rəhbərlik bu qaydalarla nizam-intizam formalaşdırmaq niyyətindədir
Müəllif: Zərdüşt Quluzadə
216