Sel İngiltərəyə də sıçradı
İngiltərənin paytaxtı London şəhərində güclü yağış selə səbəb olub. DİASPOR.İNFO xarici mətbuata istinadən xəbər verir ki, yanğınsöndürmə briqadası bir neçə saat ərzində daşqınla əlaqəli 300-dən çox şikayət zəngi aldıqlarını qeyd edib. Yanğınsöndürmə şöbəsi həmçinin daxil olan zənglərdən heç birində ölüm xəbəri almadıqlarını qeyd edib.
Bir çox yol daşqın səbəbindən bağlanıb, beləliklə də nəqliyyat vasitələri yolda qalıb. Əsasən zirzəmilərdəki evlər və iş yerləri su altında qalarkən, səkkiz metro stansiyası və bir yerüstü stansiya da daşqın səbəbi ilə fəaliyyətini dayandırıb.
Londonda daşqının özünü ən çox göstərdiyi bölgələrin Klapham və Kambervellin olduğu bildirilir. London polisi tərəfindən verilən açıqlamada, vətəndaşlar mövcud şərtləri nəzərə alaraq səyahətdən çəkinməyə çağırılır, həmçinin sürücülərə isə yola çıxmamaları xəbərdarlıq edilib.
Meterologiya departamentindən Londonun bəzi yerlərində 75, 100 millimetr arasında yağış ola biləcəyi bildirilib. Buna baxmayaraq, İngiltərə üçün ümumi olaraq fırtına xəbərdarlığı verilib.
Truqay Musayev