“Tottenhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Diaspor info-nun xarici mətbuata istinadən verdiyi məlumata görə, Premyer Liqa təmsilçisi “Barselona” klubundan Emerson Royalı transfer edib. Braziliyalı 22 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında 12 nömrəli formanı geyinəcək. “Tottenhem” bu transferə görə 25 milyon funt-sterlinq ödəyib. Klub futbolçunun özünə isə ilinə 3 milyon avro ödəyəcəyini bəyan edib. Braziliya yığmasının da üzvü olan futbolçu, millidə 4 matça çıxıb.
Ziya Hikmətoğlu
630