Naxçıvan Dövlət Universiteti başda olmaqla bütün təhsil müəssisələri şəxsən Ali Məclis Sədri Vasif Talıbov Cənablarının ciddi nəzarətində olduğuna görə bu gün Naxçıvan təhsilinin ayrıca yeri var.
Son illərdə Naxçıvan Muxtar Respublikasında təhsilə göstərilən diqqət və qayğı, günü-gündən öz töhfəsini verir. Təxminən 10 il əvvələ diqqət yetirsək, Naxçıvan universitetləri indiki kimi tanınmır, inkişaf etmiş Universitetlər kimi digərlərindən seçilmirdi. Bu gün Naxçıvan Universitetləri nəinki Azərbaycanda, həmçinin dünya arenasında öz sözünü deməyi bacarır. Naxçıvan Dövlət Universiteti isə bu siyahıda xüsusi diqqət çəkir. Vurğulamaq istərdim ki, NDU-nin digər universitetlərdən seçilməsində, məhz univertsitetin rektoru cənab Elbrus İsayevin böyük rolu var.
Rəhbərliyə gəldiyi dönəmdən bu günə kimi, Universitetin inkişaf yolunda apardığı işlər və göstərdiyi aktivlik öz töhfəsini verir. Xarici universitetlərlə yeni müqavilələr imzalanır, online görüşlər, beynəlxalq konfranslar və səfərlər həyata keçirilir. Universitet daxilində də Naxçıvan Muxtar Respublikası Ali məclisinin sədri cənab Vasif Talıbovun təşəbbüsü ilə inşa edilən, müasir texnologiya ilə təchiz olunan korpuslardan səmərəli şəkildə istifadə olunur. Müəllimlərin tələbələrə praktiki dərslər keçməsi, onlarla labaratoriya işləri aparması üçün yüksək səviyyədə şərait yaradılıb. Demək olar ki, həftə ərzində hər gün tələbələr üçün ixtisaslara uyğun xüsusi təlimlər, tədbirlər və simulyasiyalar keçirilir.
Rektorun universitetin dərs və imtahan sistemində etdiyi dəyişikliklərə baxsaq burada saxtakarlıqdan, rüşfətxorluqdan söz belə gedə bilməz. Tələbələr dərsləri ilə bağlı şikayətlərini, eyni zamanda təkliflərini çəkinmədən şəxsən rektora bildirə bilirlər. Bu həmin universitetdə demokratiyanın, sərbəst fikir bildirmək üçün şərsitin yüksək səviyyədə olduğunu göstərir. Sadaladığım nüanslar Naxçıvan Dövlət Universitetinin digər universitetlərdən nə qədər fərqli, öndə gedən və müasir olduğunu göstərir.
Əgər tələbələr öz rektorunu özlərinə Dost bilirlərsə bu təqdirəlayiq bir haldır.
Sadiq Ələkbərli
Diaspor info
Naxçıvan MR