Ukrayna baş nazirinin müavini İrina Vereşçuk “Telegram” hesabından verdiyi açıqlamada prezident Volodimir Zelenskinin göstərişi ilə üçüncü əsir mübadiləsinin aprelin 9-da baş tutduğunu bildirərək deyib: “Mübadilə zamanı 26 ukraynalı - 12 əsgər və 14 mülki vətəndaş evlərinə qayıdıb.
Diaspor info-nun əldə etdiyi məlumata görə, Melitopol şəhərində işğalçı Rusiya ordusu tərəfindən 529 sərnişinlə saxlanılan evakuasiya avtobusları azad edilib.
Zaporojye vilayətinin Berdyansk, Tokmak və Enerqodar şəhərlərində təxliyə üçün icazə ala bilmədik.
Vereşçuk vətəndaşların təxliyyəsi üçün yenidən bu şəhərlərə çatmağa çalışırıq.
Son 24 saatda Mariupol və Berdyanskdan humanitar dəhlizlərlə öz maşınları və evakuasiya avtobusları ilə 3425 nəfər Zaporojyaya çatıb, Lisiçansk, Severodonetsk, Rubijnoye, Kreminna və Luxansk vilayətindən isə 578 nəfər təxliyə edilib.
Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi Ukraynada müharibənin başladığı 24 fevraldan bu yana təhlükəli bölgələrdən təxliyə edilənlərin sayının 704 mini keçdiyini bildirib.
Rusiya Müdafiə Nazirliyi Milli Nəzarət Mərkəzinin rəisi Mixail Mizintsev Ukraynanın Xarkov və Mariupol istiqamətlərində mülki əhalinin təxliyəsi üçün hər gün humanitar dəhlizlərin açıldığını söyləyib.