Ukraynada Rusiya ordusunun hücumları nəticəsində həyatını itirən mülki şəxslərin meyitlərinin axtarışı davam edir.
Diaspor info-nun məlumatına görə, Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başladığı müharibə davam edərkən, toqquşmaların bitdiyi paytaxt Kiyevdə meyitlərin axtarışı üçün səylər davam edir.
Şəhərdən 45 kilometr aralıda yerləşən Vışeqrad kəndində daha bir orta yaşlı mülki şəxsin meyiti tapılıb.
Kənd sakinlərinin iştirakı ilə lazımi müayinələr aparıldıqdan sonra meyit qeydiyyat üçün xəstəxanaya aparılıb.
Buça Regional Polis Mərkəzinin mətbuat xidmətinin rəhbəri Alina Podreyko bildirib ki, bölgənin şəhər və kəndlərində hər gün Rusiyanın hücumlarında həlak olan mülki vətəndaşların cəsədlərinə rast gəlirlər.
Ölənlər arasında uşaqların da olduğunu bildirən Podreyko itkin düşən çoxlu sayda mülki vətəndaşın və ya onların cəsədlərinin tapılması üçün işlərə davam edəcəklərini dilə gətirib.