Estoniyanın baş naziri Kaja Kallas Ukraynanın müttəfiqlərini “müharibə yorğunluğu Qərbin üstünə gəlməzdən” əvvəl Kiyevə hərbi yardımı sürətləndirməyə çağırıb.
Diaspor info “The Washington Post”a istinadən xəbər verir ki, o, bu barədə brifinqdə bildirib.
Nəşrin yazdığına görə, Rusiyanın Ukraynadakı hərbi əməliyyatına sərt reaksiyanın ən səs-küylü tərəfdarlarından birinə çevrilən Kallas bildirib ki, Avropa və ABŞ-ın diqqətini Ukraynanın qalib gəlməsinə kömək etməyə davam etdirməsi həyati əhəmiyyət kəsb edir.
Bundan əvvəl Kallas Ukraynadakı vəziyyət fonunda Qərbi Rusiya ilə işgüzar əlaqələrdən çəkinməyə çağırıb. Kallas əlavə edib ki, Qərb ölkələri “atəşkəs və sülhə dair vaxtından əvvəl çağırışlara” qarşı diqqətli olmalıdırlar.
Qeyd edək ki, tenə də bir müddət bundan əvvəl o, NATO-nun şərq cinahda mövcudluğunu genişləndirməli olduğunu söyləmişdi. Onun fikrincə, belə bir qərara ehtiyac Ukrayna böhranının kəskinləşməsi ilə bağlıdır.
Ağasəf Babayev