Rusiya mətbuatında çıxan xəbərdə Rusiya tərəfindən işğal olunmuş Ukraynanın Zaporojye və Xerson bölgələrində yeni doğulan körpələrə Rusiya vətəndaşlığı veriləcək. Diaspor info xarici mətbuata istinadən xəbər verir ki, sözügedən vətəndaşlıq prosesinin 24 fevraldan etibarən aparılacaq.
Xerson vilayətində Rusiyanın dəstəklədiyi administrasiyanın vitse-prezidenti Kirill Stremousov bəyan edib ki, fevralın 16-dan yeni doğulmuş uşaqlara “avtomatik olaraq” Rusiya vətəndaşlığı veriləcək.
Rusiyanın dəstəklədiyi Zaporojye vilayəti administrasiyasının üzvü Vladimir Roqov bəyan edib ki, yeni doğulan körpələrə Rusiya vətəndaşlığı verilməsi əmri Rusiya prezidenti Vladimir Putinin ofisindən gəlib.
Ötən may ayında Putin Zaporojya və Xerson vilayətlərinin sakinləri üçün Rusiya vətəndaşlığının alınması prosedurunu sadələşdirən fərman verib. Avropa İttifaqı (Aİ) isə bu fərmanı Rusiyanın Ukrayna ərazisinin bəzi hissələrini “zorla inteqrasiya” cəhdi kimi qiymətləndirərək, sözügedən bölgələrdə verilən Rusiya pasportlarını tanımayacağını bəyan edib.
Müəllif: Abutel İlhamqızı