ABŞ Milli Təhlükəsizlik Şurasının (MTŞ) sözçüsü Con Kirbi, Birləşmiş Ştatların Ukraynadakı böhranın ilin sonuna qədər “həll ediləcəyinə” “şübhə etdiyini” bildirib.
Diaspor info rus saytlarından əldə etdiyi məlumata görə, Kirbi bunu
NATO sammiti zamanı “Bloomberg” agentliyinə verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, “bunun heç bir əlaməti belə görünmür”, buna görə də ABŞ “dünya ictimaiyyətinin əksəriyyəti ilə birlikdə Ukraynaya yardımı davam etdirəcək”.
Qeyd edək ki, bir müddət bundan əvvəl ABŞ Milli Kəşfiyyatının direktoru Avril Heyns ABŞ-ın hazırda Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün fürsət görmədiyini bildirmişdi.
Ağasəf Babayev
199