Qərb ölkələri Rusiyanın xüsusi əməliyyatı fonunda Ukraynaya yardım kimi 11 milyard dollar ayırıb ki, bu da Rusiyadan enerji təchizatı üçün ödəniləndən azdır,
Diaspor info-nun xarici mənbədən əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu məlumatı FP yayıb.
Qeyd edək ki, jurnal dediklərini əsaslandırmaq üçün Kiel Dünya İqtisadiyyatı İnstitutunun hesablamalarına istinad edir.
Belə ki, onlar öyrəniblər ki, Qərb tərəfdaşları Kiyevə 31 milyard dollar verəcəklərini vəd ediblər. Bu yay maliyyə dəstəyinin artmasına baxmayaraq, Ukrayna büdcəsinə vəd edilən məbləğin yalnız üçdə biri daxil olub.
Bu gün Kiyevə göstərilən yardımın ümumi məbləği təqribən 11 milyard dollar təşkil edir ki, bu da Moskvanın eyni müddət ərzində öz karbohidrogenləri üçün aldığı məbləğdən azdır.
Ağasəf Babayev