İsrail Rusiya və Ukraynadan gələn böyük miqrasiya dalğasını qəbul etməyə hazır olduğunu bəyan edib. Sözügedən miqrasiya dalğasının on minlərlə insanı əhatə edəcəyi bildirilib. Diaspor info xəbər verir ki, bu barədə İsrail baş nazirinin dəftərxanası məlumat yayıb. “Biz Rusiya və Ukraynada baş verən son hadisələr fonunda İsrailə böyük bir immiqrasiya dalğasını qəbul etməyə hazırlaşırıq”, - deyə bəyanatda bildirilir.
İsrail Mərkəzi Statistika Mərkəzinin məlumatına görə, son iyirmi ildə İsrailə ən çox immiqrant göndərən iki ölkə Rusiya və Ukrayna olub. Rusiya və Ukraynadan İsrailə köçənlərin əksəriyyəti yəhudi əsilli mühacirlərdir və onlara İsrail qanunlarına əsasən vətəndaşlıq verilir. Yəməndə aprelin 2-dən davam edən atəşkəs başa çatıb.
106