• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Selcuq Bayraktar: “Kızılelma” F-35 qırıcı təyyarəsini üstələyəcək

4-01-2023, 18:00 | Baxılıb: 201
“Selcuq Bayraktar: “Kızılelma” F-35 qırıcı təyyarəsini üstələyəcək

Türkiyənin səsdən sürətli pilotsuz qırıcı təyyarəsi “Baykar Kızılelma” bir sıra göstəricisinə görə ABŞ-ın beşinci nəsil F-35 qırıcısını üstələyəcək. O, gələcəkdə klassik döyüş təyyarələrinə qarşı hava döyüşlərində də iştirak edə biləcək.

Diaspor info xəbər verir ki, bu barədə “Baykar” kompaniyasının rəhbəri Selcuq Bayraktar Tvnet telekanalının efirində deyib.

“Biz pilotsuz qırıcının səsdən sürətli versiyasını istehsal etməyi planlaşdırırıq. “Kızılelma” klassik döyüş təyyarələrinə qarşı hava döyüşlərində istifadə edilə bilər. O, tam hazır olduqdan sonra bəzi göstəricilərinə görə F-35 qırıcı təyyarələrini üstələyəcək”, - deyə Selcuq Bayraktar bildirib. Onun sözlərinə görə, “Kızılelma” pilotsuz uçuş aparatı F-35 qırıcısı kimi beşinci nəsil təyyarəsidir, lakin məsafədən idarə olunur. “Gələcəkdə bu PUA beşinci nəsil klassik aviasiya üçün çağırış olacaq”, - deyə kompaniyanın rəhbəri əlavə edib.

İlk dəfə 2022-ci ilin avqustunda Samsun şəhərində keçirilən “Teknofest” aerokosmik sərgisində təqdim olunan “Kızılelma” Türkiyənin səsdən sürətli qırıcı PUA-sıdır və MIUS pilotsuz döyüş təyyarəsi kompleksi layihəsinin bir hissəsi kimi hazırlanıb. PUA-nın uçuş kütləsi təxminən 6 tondur ki, bunun da təxminən 2 tonu faydalı yükdür. “Kızılelma” 12 kilometr yüksəklikdə 5-6 saat uça bilir. Kompaniyanın məlumatına görə, SATCOM şəbəkəsi ilə işləmək qabiliyyəti sayəsində PUA-nın uçuş diapazonu məhdudiyyətsizdir. Ötən ilin dekabrında ilk uçuşunu həyata keçirən “Kızılelma”nın stend sınaqları artıq başa çatıb.скачать dle 10.6фильмы бесплатно


201

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.