• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Müharibə Araşdırmaları İnstitutu: "Putinin atəşkəs elanı informasiya əməliyyatıdır"

6-01-2023, 20:00 | Baxılıb: 194
“Müharibə Araşdırmaları İnstitutu:

Rusiya Prezidenti Vladimir Putinin yanvarın 6-dan 7-dək Rusiya qoşunlarının atəşkəs rejiminə əməl edəcəyi barədə açıqlaması Ukraynanın reputasiyasına xələl gətirmək məqsədi daşıyan informasiya əməliyyatıdır.

Diaspor info xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (MAİ) analitikləri gəlib.

Təhlilçilərin fikrincə, Putin Rusiya qoşunlarının dincəlməsinə, bərpasına və cəbhənin kritik sektorlarında hücum əməliyyatlarını bərpa etmək məqsədilə öz istiqamətlərini dəyişməsinə imkan vermək üçün onlara fasilə əldə etməyə çalışmış ola bilər.

Belə ki, bu fasilə Rusiya qoşunlarına qeyri-mütənasib şəkildə yararlı olacaq və Ukraynanı təşəbbüsdən məhrum etməyə başlayacaq. Analitiklərin qənaətincə, Putin Ukraynanı barışmaz və danışıqlar üçün lazımi addımları atmaq istəməyən kimi göstərmək üçün atəşkəsə çağırıb.

İnstitut qeyd edib ki, bu, əvvəllər Rusiyanın istifadə etdiyi məqsədyönlü informasiya taktikasıdır.

Atəşkəsin təşkili və gerçəkləşdirilməsi də vaxt tələb edir. Xüsusilə Kremlin sözçüsü Dmitri Peskov dekabrın 14-də Rusiyanın pravoslav Milad bayramı üçün atəşkəslə bağlı planlarının olmadığını, ona görə də Putinin gözlənilməz açıqlamasının təəccüb doğurduğunu bildirib.

Ekspertlər vurğulayıblar ki, Putinin atəşkəsi dini zəmində təqdim etməsi Ukraynanı dini qrupları sıxışdıran və Putini xristian inancının əsl müdafiəçisi kimi göstərən daha bir ikili informasiya əməliyyatını daha da gücləndirir.

MAİ-nin daha əvvəl qeyd etdiyi kimi, Kreml pravoslavlıqla bağlı müzakirələrdən Kiyevi Ukraynada dini azadlıqlara təzyiq etməkdə ittiham etmək üçün silah kimi istifadə edib.

Bu informasiya əməliyyatı Kremlin Ukraynanın pravoslav xristianları və rusdilliləri təqib etməsi ilə bağlı əsassız versiyasını dəstəkləyə bilər. Belə ki, Putin bu versiyanı 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləsinə əsas kimi dəfələrlə irəli sürüb.

Bildirilib ki, atəşkəs elanı Putini xristian dəyərlərinin və inanclarının qarantı kimi göstərir. İnstitut xatırladıb ki, Putin və digər Rusiya rəsmiləri tez-tez Ukraynadakı müharibəni “satanizmə” qarşı dini müharibə kimi qələmə verirlər. Əslində, Rusiya qüvvələri 2014-cü ildən bəri Ukraynanın işğal olunmuş ərazisində dini etiqad azadlığını boğur.

Eyni zamanda, Rusiya bloqçularının hərbiyönlü informasiya məkanı atəşkəs elanına qəzəbli narazılıqla reaksiya verib.скачать dle 10.6фильмы бесплатно


194

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.