Türkiyənin Mersin vilayətinin Tarsus rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Zərbədən alışan avtobus yanaraq sıradan çıxıb.
Diaspor info Anadolu Agentliyinə istinadla xəbər verir ki, sərnişin avtobusunun ağır tonnajlı yük maşınına çırpılması nəticəsində üç nəfər ölüb, 33 nəfər yaralanıb.
Hadisə Adana-Pozantı şosesində baş verib.
Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı istintaq başlanıb.
382