Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunun Karaköy məhəlləsindəki Surp Pırgiç erməni katolik kilsəsinin yaşayış binasında yanğın baş verib.
Diaspor info “Milliyet”ə istinadla xəbər verir ki, yanğın nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Yanğınsöndürənlərin 4 saatlıq fəaliyyətindən sonra yanğın söndürülüb.
Hadisənin başvermə səbəbi araşdırılır.
80