“Terrorçuların adları olan siyahını İsveçə təqdim etdik. Əgər onları təhvil verməsələr, bizi qınamasınlar”.
Diaspor info-nun məlumatına görə, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan qeyd edib ki, Türkiyə 120 terrorçunun siyahısını hazırlayıb və Ankaraya təhvil verilməsini tələb edib:
"İsveçin Baş nazirinə nə etmək lazım olduğunu, izah etdik. Onlara dedik ki, NATO-ya daxil olmaları üçün terrorçuları bizə təhvil verməlisiniz".
Ərdoğan etiraf edib ki, Finlandiya Quranı yandıran İsveç kimi səhvləri təkrarlamasa, bu ölkənin NATO-ya üzvlüyü ilə bağlı müraciətinə ölkəsi fərqli yanaşa bilər: “Belə olanda İsveç şoka düşəcək".
Prezidentin sözlərinə görə, Türkiyə Finlandiya və İsveçin NATO-ya müraciətlərinə fərqli cavablar verə bilər.