• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Slovakiya “MiQ-29” qırıcılarının Ukraynaya təhvil verilməsi üçün danışıqlara başlayıb

14-02-2023, 10:00 | Baxılıb: 192
“Slovakiya “MiQ-29” qırıcılarının Ukraynaya təhvil verilməsi üçün danışıqlara başlayıb

Slovakiya “MiQ-29” qırıcılarının Ukraynaya təhvil verilməsi üçün danışıqlara başlayıb.

Diaspor info xəbər verir ki, bu barədə ölkənin Baş naziri Eduard Heqer məlumat verib. O bildirib ki, Ukrayna tərəfindən “MiQ-29” tədarükünə dair rəsmi müraciət aldıqdan sonra hökumət bu məsələ ilə bağlı danışıqlara başlayıb. Qeyd edilib ki, qırıcılarla bağlı müraciət Ukrayna Prezidenti Volodimir Zelenskinin ötən həftə Brüsselə səfəri zamanı edilib və Slovakiya hökuməti təyyarələrin müqabilində təzminat verilməsi üçün Avropa Komissiyası ilə ilkin danışıqlara başlayıb.

Qeyd edilməlidir ki, üç dəfə hökumətə rəhbərlik etmiş keçmiş baş nazir və müxalifət liderlərindən biri Robert Fitso (Smer-SD partiyası) Ukraynaya qırıcıların verilməsinə qarşıdır. Smer-SD uzun müddətdir ki, Ukraynaya silah tədarükünə qarşı çıxır və anti-Rusiya sanksiyalarını tənqid edir, Ukraynaya mümkün qırıcı təyyarələrin tədarükünü Konstitusiyaya zidd və ölkənin müdafiə qabiliyyətini məhdudlaşdıran addım hesab edir.

Digər müxalifət partiyalarından birinin rəhbəri və vaxtilə baş nazir postunu tutmuş Peter Pelleqrini (Hlas-SD) isə Ukraynaya silah və hərbi avadanlıq tədarükünü rədd etməyib, lakin bunu NATO müttəfiqlərinin birgə qərarı kimi şərtləndirib.

Ötən ilin avqust ayında sovet silah sənayesinin istehsalı olan ”MiQ-29” qırıcıları yekun olaraq Slovakiyanın hərbi arsenalından çıxarılıblar və bunun əvəzində ABŞ istehsalı “F-16“ qırıcılarının tədarükünü gözləyən Slovakiyanın hava məkanının müdafiəsini Polşa və Çexiya Macarıstanla birlikdə öz üzərlərinə götürüblər.

Qeyd edilməlidir ki, qırıcı təyyarələrin Ukraynaya təhvil verilməsi ilə bağlı müzakirələr bu ilin sentyabrında keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi mübarizənin bir hissəsinə çevrilə bilər. Ukraynaya hərbi yardımla bağlı mövzu həm hökumət, həm də müxalifət partiyaları üçün mühüm məsələyə çevrilib.скачать dle 10.6фильмы бесплатно


192

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb
Milli Məclisin növbəti plenar iclası keçirilir
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Prezident İlham Əliyev: ABŞ Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə 2024–2025-ci tədris ilinin yekun tədbiri keçirilib

Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə regional məsələləri müakirə edib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.