• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ərdoğan: "Türkiyənin silah və texnologiya istehsal etməsinin qarşısını almaq istəyirdilər"

2-05-2023, 20:00 | Baxılıb: 172
“Ərdoğan:

“Biz təkcə təyyarə, helikopter, peyk, tank, raket və silah istehsal etmirik. Biz həm də texnologiya istehsal edirik”.
Diaspor.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

O, Türkiyə Respublikasının qurucusu Qazi Mustafa Kamal Atatürkün “Gələcək göylərdədir” fikrini xatırladıb. R.T.Ərdoğan qeyd edib ki, Atatürkün işarə etdiyi fəaliyyətlərin həyata keçməsinə Vecihi Hürkuş, Selahattin Reşit Alan, Nuri Demirağ, Nuri Killigil səy göstərib.

“Amma bu təşəbbüslərə həm daxildən, həm də xaricdən əngəl yaradılıb. Ta ki, bizim dövrümüzə qədər....Rəhmətlik Necmettin Erbakan hər dəfə ağır sənaye həmləsindən danışanda tənqid edilirdi. Mərhum Turqut Özalla atılan addımların davamı sonralar gəlmədi. İdealist mühəndislərimizin, gənclərimizin səyləri puça çıxarıldı. Biz də “müdafiə sənayesində müstəqil Türkiyə” idealı ilə yola çıxanda maneələrlə qarşılaşdıq. Bunu bəzən açıq, bəzən gizli elədilər. Amma dayanmadıq, yıxılmadıq, təslim olmadıq”, - o bildirib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə hədəflərindən bir an belə olsun imtina etməyib: “Əvvəllər reallaşmayan sabitlik arzusunu millətimizə biz yaşatdıq. Amma yolumuz hələ uzundur.

Dünən “Kaan” milli döyüş təyyarəsini istifadəyə verdik. “Hürjet” səsdən sürətli döyüş təyyarəsinin, həmçinin “Atak-2”, “Anka-3” PUA-larının istehsal mərhələlərinə, sınaqlarına şahidlik etdik”.скачать dle 10.6фильмы бесплатно


172

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib
Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar
Magistraturaya ixtisas seçimi başlayıb
Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Azərbaycan diasporu Ukraynada milli-mənəvi dəyərlərimizi yaşadır

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.