• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Los-Ancelesdə azərbaycanlılara hücum edən ermənilərin məhkəməsinin təfərrüfatları məlum olub

12-05-2023, 09:30 | Baxılıb: 247
“Los-Ancelesdə azərbaycanlılara hücum edən ermənilərin məhkəməsinin təfərrüfatları məlum olub

Los-Ancelesdə azərbaycanlılara hücum edən ermənilərin məhkəməsinin təfərrüfatları məlum olub.
Diaspor.info xatırladır ki, 2020-ci il iyulun 21-də Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binasını mühasirəyə alan ermənilər Azərbaycan əleyhinə təxribat xarakterli şüarlar səsləndirərək aksiya keçiriblər.

Ermənilər bununla yanaşı, özünəməxsus tərzdə soydaşlarımıza qarşı zorakılıq və təcavüzə əl atıblar.

İnsidentdən dərhal sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş Konsulluğu vasitəsilə) zorakılıq törətmiş yerli ermənilərin məsuliyyətə cəlb olunması üçün rəsmi prosesə başlamaq məqsədilə azərbaycanlılarla əlaqə saxlayıb.

İlk günlərdən məlum olub ki, yerli idarəçilik orqanları siyasi səbəblərdən yerli erməni diasporunun üzvlərinə qarşı cinayət işinin başlanmasında maraqlı deyildi. Bu prosesdə yerli siyasi dairələr vasitəsilə istintaq orqanlarına təzyiq göstərən erməni icmasının nümayəndələri də mühüm rol oynayıblar.

Buna baxmayaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin səyləri nəticəsində nəhayət məhkəmənin yekun qərarları ilə iki etnik erməniyə qarşı cinayət işi başlandı və onlara qarşı qərar çıxarıldı.

Erik Hakobyan (mitinq zamanı hökumət rəsmisinə hücum etdiyinə görə, Los-Anceles, Kaliforniya yerli məhkəməsinin qərarı, 15 iyun 2021-ci il)
- Ştat Cinayət Məcəlləsinin 242-ci maddəsinə əsasən 12 ay müddətinə azadlıqdan məhrum etmə növündə cinayət məsuliyyəti – Əgər bu müddət ərzində məhkum hər hansı, hətta azyaşlı cinayət törətdikdə, məhkəmənin hökmü ilə yerdə qalan müddəti cəzaçəkmə müəssisəsində çəkməyə məcbur edilir;

- Silahların əldə edilməsi, saxlanması və/və ya gəzdirilməsinin qadağan edilməsi;

- Hücumun qurbanına bütün xərclərin ödənilməsi.

Hovanes Sukasyan (etirazçıya hücum etdiyinə görə; Los-Anceles, Kaliforniya yerli məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarı)

- Ştat Cinayət Məcəlləsinin 422.6-cı maddəsinin “a” bəndinə əsasən Azərbaycanlıya qarşı nifrət cinayəti törətməkdə ittiham olunub;

- 12 ay şərti azadlıqdan məhrum etmə növündə cinayət məsuliyyəti - bu müddət ərzində məhkum hər hansı, hətta kiçik cinayət törətsə, məhkəmənin hökmü ilə qalan müddəti həbs yerlərində çəkməyə məcbur ediləcək;

- 90 saat ictimai iş;

- 20 saatlıq qəzəbi idarə etmə təlimi;

- Hücumun qurbanına bütün tibbi və digər xərclərin ödənilməsi;

- Əlavə olaraq, 1000 ABŞ dolları məbləğində cərimə ödənilməsi;

- Bir qayda olaraq, məhkumun qərarın qüvvədə olduğu müddətdə ştatın ərazisini tərk etməsi qadağandır.

Göründüyü kimi, Los Ancelesin yerli erməni icmasının məsələni “ört-basdır etmək” üçün çoxsaylı cəhdlərinə baxmayaraq (siyasi, qanunvericilik və məhkəmə hakimiyyətinə böyük təsir göstərdiyinə görə), Azərbaycan tərəfinin ardıcıl və prinsipial mövqeyi ABŞ qanunları əsasında hücumun iki əsas iştirakçısının cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnib.скачать dle 10.6фильмы бесплатно


247

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.