• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd edilir

30-08-2023, 12:30 | Baxılıb: 199
“Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd edilir

Avqustun 30-u Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd olunur. Türkiyə xalqının yaddaşına “bir millətin azadlıq günü!” kimi həkk olunan 30 avqust tarixi hər bir türkün qürur mənbəyi, iftixar yeridir.
Diaspor info xəbər verir ki, 1919-cu ildə Anadolunun işğalı türk xalqının yaddaşında ağır izlər buraxıb. Düşmən qüvvələrin donanması İstanbulu zəbt edib. Fransız ordusu Adanada, ingilislər Urfa, Maraş, Samsun və Merzifonda, İtalyanlar Antalya və Anadolunun cənub-qərbində yerləşiblər. Müttəfiq qüvvələrin razılığı ilə 1919-cu il mayın 15-də yunan qoşunlarının İzmirə çıxması vəziyyəti daha da ağırlaşdırıb. Lakin hər zaman tarixin ağır sınaqlarından alnıaçıq çıxan türk xalqı bu dəfə də nikbinliyini itirməyib. Xalqın mübarizə əzmi düşmənlərə göz dağı olub.
Mustafa Kamal Paşanın komandanlığı ilə yenidən milli-azadlıq mücadiləsinə qalxan mətanətli türk xalqı 1921-ci ildə Sakaryanı qəhrəmanlıqla qoruyub. Sakaryada 22 gün gecə gündüz döyüşən türklər avqustun 23-də düşmənin hərəkətini dayandırıb ona sarsıdıcı zərbələr vurublar. Bu savaşda türk ordusu böyük itki versə də, geri çəkilməyib, düşmənin qarşısı cəsarətlə alınıb. Cəsur türk zabitləri bir an olsa belə səngərlərdən uzaqlaşmadan dünya hərb tarixində qızıl hərflərlə qəhrəmanlıq dastanları yaradıblar. Sakarya savaşında türk ordusu çox sayda zabit şəhid verdiyi üçün bəzən bu döyüşləri “zabitlər savaşı” kimi də adlandırırlar.
Nəhayət Anadolunun düşməndən azad olunması uğrunda gedən növbəti savaşların da başlanğıcı avqust ayına təsadüf edib. 1922-ci il avqustun 26-da Mustafa Kamal Atatürkün komandanlığı ilə bütün cəbhəboyu hücuma keçmək əmri alan türk ordusu düşməni hər tərəfdən sıxışdırıb. Avqustun 30-da Kütahyanın işğaldan azad edilməsi düşməni vəlvələyə salıb. Düşmən bütün istiqamətlərdə geri çəkilməyə, türk yurdunu azad etməyə məcbur olub. Bu döyüşlər türk xalqının şanlı azadlıq tarixinin dönüş nöqtəsinə çevrilib.İşğalçılara qarşı böyük hücumun başlandığı 30 avqust tarixini böyük təntənə ilə qeyd edən Türkiyə Silahlı Qüvvələri hazırda dünyanın ən qabaqcıl Orduları sırasında yer alır. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra bütün istiqamətlərdə olduğu kimi hərbi sahədə də ölkəmizə kompleks yardımını əsirgəməyən qardaş Türkiyə Milli Ordumuzun qurulmasında və inkişafında böyük səylər göstərib. Məhz bu əməkdaşlığın nəticəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq 30 illik işğala son qoyub. Şanlı Azərbaycan Ordusu qəhrəmanlıq nümunəsi göstərərək 44 günə Azərbaycanın ərazi bütövlüyünü təmin edib.
Onu da qeyd edək ki, bu gün beynəlxalq arenada mövqelərini əzmlə möhkəmləndirən, yeni-yeni sosial-iqtisadi layihələr əsasında bütün sahələr üzrə sürətlə inkişaf edən Türkiyə müdafiə qüdrətini və iqtisadi yüksəlişini dünyanın aparıcı dövlətləri ilə eyni sıraya çatdırmaqda qərarlıdır. Siyasətinin təməlində milli təhlükəsizliyin qorunması, ölkənin müdafiə qüdrətinin yüksəlişi, xalqın rifahının təmin edilməsi və sairləri Türkiyənin dövlət siyasətinin təməl prinsipləridir.скачать dle 10.6фильмы бесплатно


199

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.