• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Fidan: Kərkükdə baş verənlərdən narahatıq

4-09-2023, 10:00 | Baxılıb: 237
“Fidan: Kərkükdə baş verənlərdən narahatıq

Türkmanların yığcam yaşadığı Kərkükün sülh və sabitliyi bütün İraqa təsir edir.
“Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında söyləyib.
Fidan Kərkükün etnik və məzhəb tərkibinə görə özgün İraq modeli olduğunu vurğulayıb: “Kərkükdəki sülh və sabitliyin bütün İraqda sülh və sabitliyə birbaşa təsiri var. Biz Kərkükü dinc yanaşı yaşama mədəniyyətinin simvolu kimi görürük”.
Fidan əlavə edib ki, İraqın Baş naziri Məhəmməd Şia əl-Sudaninin rəhbərliyi ilə qurulan hökumət ölkəyə sabitlik gətirib: “Biz onun və hökumətinin infrastrukturun yenidən qurulması və investisiyaların cəlb edilməsi sahəsində göstərdiyi səyləri dəstəkləyirik. Biz bunun İraqın bu günü və gələcəyi üçün nə qədər vacib olduğunu anlayırıq. Belə bir dönəmdə İraqın əsas və təməl ünsürlərindən biri olan türkman soydaşlarımızın vətəni olan Kərkükdə insan ölümünə yol açan gərginliyin yaranmasına kədər və böyük narahatlıqla baxırıq”.
Bu cür gərginliyin qarşısının alınmasının zəruriliyi ilə bağlı fikirlərin əvvəllər də İraq hakimiyyətinə bildirildiyini vurğulayan Türkiyə xarici işlər naziri qeyd edib ki,
Ankara Bağdaddan PKK-nın şəhərdə son vaxtlar artan mövcudluğuna son qoymasını tələb edir:
“Kərkük son vaxtlar böyük iztirablara və qırğınlara məruz qalmış qədim şəhərdir. Hesab edirik ki, bu şəhərdə kövrək sosial tarazlığı qorumaq, təmsilçilik və idarəçilik məsələlərində bütün sosial təbəqələrə bərabər səs hüququ vermək lazımdır. Bu baxımdan, biz şəhərdə əhalinin bütün təbəqələrinin bərabər şəkildə təmsil olunmasını və idarəçilikdə iştirakını təmin edərək sizə çoxdan bəlli olan formulun tərəfdarıyıq. Türkman soydaşlarımızın hüquq və mənafelərinin qorunması bizim İraqla bağlı siyasətimizin əsas prinsiplərindən biridir. Biz bundan sonra da türkmanların hüquqlarının siyasi intriqalara mövzu olmasına qarşı çıxacağıq və onları bütün sahələrdə dəstəkləyəcəyik”.скачать dle 10.6фильмы бесплатно


237

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.