• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türkiyə Prezidenti: Seçkinin əsas qalibi milli iradəmiz, demokratiyamızdır

1-04-2024, 13:00 | Baxılıb: 210
“Türkiyə Prezidenti: Seçkinin əsas qalibi milli iradəmiz, demokratiyamızdır

Seçkini demokratiyamıza yaraşan yetkinliklə başa vurduq. Seçkilər demokratiyanın ən kritik nöqtəsidir. Bəzi təcrid olunmuş hadisələri nəzərə almasaq, seçki abı-havasına kölgə salacaq, təəssüf doğuran hadisələr baş vermədi. Millət sözünü, siyasətçiyə mesajını, təqdir və etirazını sandıqda ifadə edər. Bütün bunların ölkəmizdə yaşanması özü-özlüyündə böyük bir qazancdır. 31 mart bizim üçün bir dönüm nöqtəsidir. Seçkinin əsas qalibi milli iradəmiz, demokratiyamızdır. Seçkiləri qazanan, hər kəsdən əvvəl millətimiz oldu.
Diaspor info xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində keçirilən yerli özünüidarə orqanlarına seçkilərin nəticələri ilə bağlı açıqlamasında ifadə edib.

Rəhbərlik etdiyi ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) mərkəzi qərargahından vətəndaşlara səslənən Prezident Ərdoğan azad iradəsini ifadə edən, seçkilərdə fəaliyyət göstərən hər bir vətəndaşa təşəkkürünü ifadə edib.

Seçkinin ölkəsi üçün xeyirlərə vəsilə olmasını diləyən Prezident Ərdoğan bu səsvermənin 22 illik siyasi fəaliyyəti dövründə qazanaraq gəldiyi 18-ci seçki olduğunu xatırladıb.

Prezident seçkilərindən sonra Cumhur İttifaqı olaraq bu seçkidən istənilən nəticəni əldə edə bilmədiklərini ifadə edən Ərdoğan təşviqat kampaniyası çərçivəsində son iki ay ərzində ölkəsinin 52 fərqli vilayətini ziyarət etdiyini deyib.Xalqına inamını ifadə edərək bundan sonra da yola birgə davam edəcəklərini deyən Türkiyə Prezidenti millətin iradəsində üstün heç bir gücü tanımadığını, indiyə qədər millətin qərarı əsasında hərəkət etdiklərini bildirib. O, hökumət olaraq indiyə qədər etdikləri kimi, millətin səsi ilə seçilən bütün yerli idarəçilərə öz şəhərlərinin rifahı naminə işlərində dəstəkləməyə davam ediləcəklərini deyib.

Prezident Ərdoğan qarşıdan gələn dörd il ərzində səhvlərin düzəldilməsi, çatışmazlıqların yerinə qoyulması başda olmaqla ölkənin rifahı və təhlükəsizliyi istiqamətində fəaliyyətlərinə davam edəcəklərini bildirib.

Türkiyə Prezidentinin çıxışı zamanı AK Partinin mərkəzi qərargahı ətrafına toplanan izdiham ölkə başçısına dəstək şüarları səsləndirib.скачать dle 10.6фильмы бесплатно


210

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.